DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin ABŞ-ın qərarına qarşı çıxıb

© AFP 2024 / WANG ZHAOÇin və ABŞ bayraqları
Çin və ABŞ bayraqları - Sputnik Azərbaycan, 1920, 11.05.2024
Abunə olmaq
ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, ÇXR ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələr pozulmamalı və məhdudlaşdırılmamalıdır.
BAKI, 11 may — Sputnik. Pekin Vaşinqtonun Rusiya ilə əlaqələri bəhanə edərək Çin şirkətlərinə qarşı ixrac nəzarətindən sui-istifadə etməsinin əleyhinədir. Bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
"Birləşmiş Ştatlar hərbi müdaxilə və Rusiya ilə əlaqələri bəhanə edərək 37 Çin müəssisəsini ixraca nəzarət təşkilatları siyahısına daxil edib. Çin buna qəti şəkildə qarşıdır", - açıqlamada bildirilir.
"Çin hesab edir ki, ABŞ uzun müddətdir ixrac nəzarəti tədbirlərindən sui-istifadə edir, digər ölkələrin şirkətlərini sıxışdırır və onların maraqlarına ciddi ziyan vurur. ABŞ hakimiyyətinin hərəkətləri qlobal sənaye və təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini pozur, həmçinin qlobal iqtisadiyyatın bərpasına və inkişafına mane olur", - Ticarət Nazirliyi əlavə edib.
Öz növbəsində, ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Szyan brifinqdə bildirib ki, ÇXR ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələr pozulmamalı və məhdudlaşdırılmamalıdır. O, ABŞ-ı iqtisadi əməkdaşlıq məsələlərini siyasiləşdirməməyə və hərbiləşdirməməyə çağırıb.
Mayın 9-da ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu 37 Çin şirkətinə qarşı ixrac məhdudiyyətlərinin qəbul edildiyini açıqlayıb. İxrac məhdudiyyətlərinə məruz qalan 26 müəssisə Rusiyaya mal tədarükündə iştiraka görə qara siyahıya salınıb. Vaşinqtonun fikrincə, bu şirkətlərin hərəkətləri ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarına ziddir. 2023-cü ilin fevralında ABŞ hava məkanında raketlə vurulan Çin şarı ilə insidentdə iştirak etdiyi iddia edilən daha səkkiz Çin şirkəti siyahıda yer alıb. Analoji şarların yaradılması üçün ÇXR proqramına dəstək verən daha üç şirkət siyahıya daxil edilib. Bəyanatda bu cür hərəkətlərin ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına da zidd" olduğu vurğulanır.
Xəbər lenti
0