https://sputnik.az/20240511/almaniya-ordusu-2025-ci-ile-qeder-nato-komandanligina-verilecek-464537108.html
Almaniya ordusu 2025-ci ilə qədər NATO komandanlığına veriləcək
Almaniya ordusu 2025-ci ilə qədər NATO komandanlığına veriləcək
Sputnik Azərbaycan
Pistorius onu da qeyd edib ki, alman tərəfi alyansın şərq cinahında Bundesverin mövcudluğunu artırır. 11.05.2024, Sputnik Azərbaycan
2024-05-11T10:08+0400
2024-05-11T10:08+0400
2024-05-11T10:08+0400
nato
dünya xəbərləri
almaniya
ordu
müdafiə naziri
nazir
abş
abş
səfər
səfər
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0b/450563719_0:131:3177:1918_1920x0_80_0_0_487221ed9e745495081ed4af0734b3dd.jpg
BAKI, 11 may — Sputnik. Bundesver qoşunlarının əsas hissəsi gələn ilə qədər Şimali Atlantika Alyansının komandanlığına veriləcək. Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib. Onun sözlərinə görə, 35 minə yaxın hərbi qulluqçu "iki ən yüksək hazırlıq səviyyəsinə" malik olacaq. Bu bəyanat Pistoriusun ABŞ-a səfəri zamanı verilib. O, Con Hopkins Universitetində əsas nitq söyləyib. "Biz NATO-nun şərq cinahındakı müttəfiqlərimizi qorumağa xüsusi diqqət ayırırıq. Ucqar Şimaldan Balkanlara, Baltik dənizindən Aralıq dənizinə qədər biz müttəfiqlərin və bütövlükdə NATO-nun təhlükəsizliyini təmin etmək üçün əhəmiyyətli resurslar ayırırıq", - nazir bildirib. Pistorius onu da qeyd edib ki, alman tərəfi alyansın şərq cinahında Bundesverin mövcudluğunu artırır. Xüsusilə, Pistorius Almaniya Silahlı Qüvvələrinin briqadasının Litvada daimi yerləşdirilməsini xatırladıb. Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius bildirmişdi ki, Almaniya Ukraynaya ABŞ istehsalı olan 3 ədəd HIMARS Reaktiv yaylım atəşi sistemi vermək niyyətindədir.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0b/450563719_223:0:2954:2048_1920x0_80_0_0_f3d93260c5be5510ad13d05119d46d2a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nato, almaniya, ordu, müdafiə naziri, nazir, abş, abş, səfər, səfər, səfər
nato, almaniya, ordu, müdafiə naziri, nazir, abş, abş, səfər, səfər, səfər
Almaniya ordusu 2025-ci ilə qədər NATO komandanlığına veriləcək
Pistorius onu da qeyd edib ki, alman tərəfi alyansın şərq cinahında Bundesverin mövcudluğunu artırır.
BAKI, 11 may — Sputnik. Bundesver qoşunlarının əsas hissəsi gələn ilə qədər Şimali Atlantika Alyansının komandanlığına veriləcək.
Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
Onun sözlərinə görə, 35 minə yaxın hərbi qulluqçu "iki ən yüksək hazırlıq səviyyəsinə" malik olacaq.
Bu bəyanat Pistoriusun ABŞ-a səfəri zamanı verilib. O, Con Hopkins Universitetində əsas nitq söyləyib.
"Biz NATO-nun şərq cinahındakı müttəfiqlərimizi qorumağa xüsusi diqqət ayırırıq. Ucqar Şimaldan Balkanlara, Baltik dənizindən Aralıq dənizinə qədər biz müttəfiqlərin və bütövlükdə NATO-nun təhlükəsizliyini təmin etmək üçün əhəmiyyətli resurslar ayırırıq", - nazir bildirib.
Pistorius onu da qeyd edib ki, alman tərəfi alyansın şərq cinahında Bundesverin mövcudluğunu artırır. Xüsusilə, Pistorius Almaniya Silahlı Qüvvələrinin briqadasının Litvada daimi yerləşdirilməsini xatırladıb.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius bildirmişdi ki, Almaniya Ukraynaya ABŞ istehsalı olan 3 ədəd HIMARS Reaktiv yaylım atəşi sistemi vermək niyyətindədir.