https://sputnik.az/20240510/yetirmisli-hazirda-ele-bir-aktiv-erazi-yoxdur-ki-guclu-dagidici-seysmik-tekanlar-olsun-464526426.html
Yetirmişli: Hazırda elə bir aktiv ərazi yoxdur ki, güclü, dağıdıcı seysmik təkanlar olsun
Yetirmişli: Hazırda elə bir aktiv ərazi yoxdur ki, güclü, dağıdıcı seysmik təkanlar olsun
Sputnik Azərbaycan
O, həmçinin işğaldan azad olunmuş ərazilərdə seysmoloji stansiyaların qurulmasından danışıb. 10.05.2024, Sputnik Azərbaycan
2024-05-10T14:25+0400
2024-05-10T14:25+0400
2024-05-10T14:45+0400
qurban yetirmişli
cəmiyyət
şuşa
füzuli
kəlbəcər
yeraltı təkanlar
yeraltı təkan
seysmik aktivlik
https://cdnn1.img.sputnik.az/img/41248/20/412482081_0:0:2001:1125_1920x0_80_0_0_a60651379d93832a882752039a94a970.jpg
BAKI, 10 may — Sputnik. Respublika üzrə seysmogen bölgələrdə seysmiklik fon səviyyəsindədir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, hazırda elə bir aktiv ərazi yoxdur ki, güclü, dağıdıcı seysmik təkanlar olsun: "Bu gün respublika ərazisində 20-dən çox yeraltı təkan qeydə alınıb. Hamısı hiss olunmayan, zəif təkanlardır". O, həmçinin işğaldan azad olunmuş ərazilərdə seysmoloji stansiyaların qurulmasından danışıb: "Şuşada qurulmaqda olan seysmoloji stansiyada müəyyən işlər artıq tamamlanıb. Orada sadəcə stansiyanın özünün quraşdırılması işləri qalıb. Şuşa stansiyası bizə AFAD tərəfindən hədiyyə olunub. Bu, Azərbaycanda artıq 4-cü quyudibi stansiya olacaq. Cəbrayılda da quyudibi stansiyanın quraşdırılması həyata keçiriləcək. Füzulidə, Kəlbəcərdə, Xankəndidə, Laçında, Qubadlıda, ümumiyyətlə azad olunmuş ərazilərin hamısında kompleks tədqiqatlar aparılacaq. Orada stansiyalar da qurulacaq, kadrlar da hazırlanacaq, əhali köçürüldükcə işlə təmin olunacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41248/20/412482081_39:0:1746:1280_1920x0_80_0_0_bb24671d1825e88a5361aa853edb3fc3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qurban yetirmişli, şuşa, füzuli, kəlbəcər, yeraltı təkanlar, yeraltı təkan, seysmik aktivlik
qurban yetirmişli, şuşa, füzuli, kəlbəcər, yeraltı təkanlar, yeraltı təkan, seysmik aktivlik
Yetirmişli: Hazırda elə bir aktiv ərazi yoxdur ki, güclü, dağıdıcı seysmik təkanlar olsun
14:25 10.05.2024 (Yenilənib: 14:45 10.05.2024) O, həmçinin işğaldan azad olunmuş ərazilərdə seysmoloji stansiyaların qurulmasından danışıb.
BAKI, 10 may — Sputnik. Respublika üzrə seysmogen bölgələrdə seysmiklik fon səviyyəsindədir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, hazırda elə bir aktiv ərazi yoxdur ki, güclü, dağıdıcı seysmik təkanlar olsun: "Bu gün respublika ərazisində 20-dən çox yeraltı təkan qeydə alınıb. Hamısı hiss olunmayan, zəif təkanlardır".
O, həmçinin işğaldan azad olunmuş ərazilərdə seysmoloji stansiyaların qurulmasından danışıb:
"Şuşada qurulmaqda olan seysmoloji stansiyada müəyyən işlər artıq tamamlanıb. Orada sadəcə stansiyanın özünün quraşdırılması işləri qalıb. Şuşa stansiyası bizə AFAD tərəfindən hədiyyə olunub. Bu, Azərbaycanda artıq 4-cü quyudibi stansiya olacaq. Cəbrayılda da quyudibi stansiyanın quraşdırılması həyata keçiriləcək. Füzulidə, Kəlbəcərdə, Xankəndidə, Laçında, Qubadlıda, ümumiyyətlə azad olunmuş ərazilərin hamısında kompleks tədqiqatlar aparılacaq. Orada stansiyalar da qurulacaq, kadrlar da hazırlanacaq, əhali köçürüldükcə işlə təmin olunacaq".