https://sputnik.az/20240510/tedrisi-diger-dillerde-aparilan-mekteblere-qebulun-detallari-aciqlandi-464536703.html
Tədrisi digər dillərdə aparılan məktəblərə qəbulun detalları açıqlandı
Tədrisi digər dillərdə aparılan məktəblərə qəbulun detalları açıqlandı
Sputnik Azərbaycan
Mahmudov deyib ki, səhhətinə görə vaxtında müsahibədə iştirak edə bilməyən uşaqlara ikinci dəfə istisna hallarda şərait yaradılır. 10.05.2024, Sputnik Azərbaycan
2024-05-10T21:13+0400
2024-05-10T21:13+0400
2024-05-10T21:24+0400
məktəb
təhsil
apellyasiya
apellyasiya komissiyası
apelyasiya komissiyası
müsahibə
müsahibə
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446066176_0:104:2000:1229_1920x0_80_0_0_7be5f1206b05a0056e003c159848f9a5.jpg
BAKI, 10 may — Sputnik. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sosial şəbəkədəki səhifəsində keçirdiyi canlı yayımda tədrisi rus dilində aparılan bölmə üzrə uşaqların 1-ci sinfə qəbulu üçün müsahibə mərhələsi ilə bağlı yaranan suallara aydınlıq gətirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, qurumun ictimaiyyətlə əlaqələr sektorunun məsləhətçisi Fəridə Sahibin suallarını Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Tural Mahmudov cavablandırıb. T. Mahmudov bildirib ki, mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat, mayın 8-dən isə müsahibə mərhələsinə başlanılacaq. Müsahibə mərhələsi mayın 30-dək davam edəcək. T.Mahmudov deyib ki, səhhətinə görə vaxtında müsahibədə iştirak edə bilməyən uşaqlara ikinci dəfə istisna hallarda şərait yaradılır: "Hər uşaq üçün bir dəfə belə bir imkan yaradılır. Qızılca yaxud hər hansı xəstəliklə bağlı arayış təqdim edən uşaqlar üçün yay aylarında təkrar müsahibə keçirilir". T.Mahmudov deyib ki, müsahibədə uğur qazana bilməyən uşaqlar Azərbaycan bölməsinə keçib təhsil ala bilər. Əgər israrla rus bölməsində təhsil almaq istəyirlərsə, bu zamna appelyasiyaya müraciət edə bilər. Vətəndaş appelyasiyaya müraciət etdikdə onun müsahibə mərhələsi videoçəkilişə yenidən baxış keçirir: "Yəni, appelyasiya komissiyası yenidən müsahibə keçirmir. Sadəcə videoçəkilişə təkrar baxış keçirərək qərar verir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446066176_112:0:1889:1333_1920x0_80_0_0_89c33a0fd306a219510f9c67b1409360.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəb, apellyasiya, apellyasiya komissiyası, apelyasiya komissiyası, müsahibə, müsahibə
məktəb, apellyasiya, apellyasiya komissiyası, apelyasiya komissiyası, müsahibə, müsahibə
Tədrisi digər dillərdə aparılan məktəblərə qəbulun detalları açıqlandı
21:13 10.05.2024 (Yenilənib: 21:24 10.05.2024) Mahmudov deyib ki, səhhətinə görə vaxtında müsahibədə iştirak edə bilməyən uşaqlara ikinci dəfə istisna hallarda şərait yaradılır.
BAKI, 10 may — Sputnik. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sosial şəbəkədəki səhifəsində keçirdiyi canlı yayımda tədrisi rus dilində aparılan bölmə üzrə uşaqların 1-ci sinfə qəbulu üçün müsahibə mərhələsi ilə bağlı yaranan suallara aydınlıq gətirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, qurumun ictimaiyyətlə əlaqələr sektorunun məsləhətçisi Fəridə Sahibin suallarını Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Tural Mahmudov cavablandırıb. T. Mahmudov bildirib ki, mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat, mayın 8-dən isə müsahibə mərhələsinə başlanılacaq. Müsahibə mərhələsi mayın 30-dək davam edəcək.
T.Mahmudov deyib ki, səhhətinə görə vaxtında müsahibədə iştirak edə bilməyən uşaqlara ikinci dəfə istisna hallarda şərait yaradılır:
"Hər uşaq üçün bir dəfə belə bir imkan yaradılır. Qızılca yaxud hər hansı xəstəliklə bağlı arayış təqdim edən uşaqlar üçün yay aylarında təkrar müsahibə keçirilir".
T.Mahmudov deyib ki, müsahibədə uğur qazana bilməyən uşaqlar Azərbaycan bölməsinə keçib təhsil ala bilər. Əgər israrla rus bölməsində təhsil almaq istəyirlərsə, bu zamna appelyasiyaya müraciət edə bilər. Vətəndaş appelyasiyaya müraciət etdikdə onun müsahibə mərhələsi videoçəkilişə yenidən baxış keçirir:
"Yəni, appelyasiya komissiyası yenidən müsahibə keçirmir. Sadəcə videoçəkilişə təkrar baxış keçirərək qərar verir".