DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Makqreqor: Si Cinpin Putinin fikirlərini Avropa liderlərinə çatdırmaq istəyib

© Sputnik / Сергей СавостьяновSi Cinpin və Vladimir Putin
Si Cinpin və Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 10.05.2024
Abunə olmaq
Zabit Çin liderinin Avropaya NATO-nu parçalamaq məqsədi ilə gəldiyi iddiasını rədd edib.
BAKI, 10 may — Sputnik. Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Avropaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı fikirlərini çatdırıb.
Bunu Pentaqonun sabiq müşaviri Duqlas Makqreqor "YouTube" kanalında deyib.
"İlk növbədə o, Putinin dediklərini çatdırmağa çalışır. O, həqiqəti çatdırmağa çalışır: bu münaqişə artıq bitib. Prezidenti qızışdırmaqdan və vəziyyəti daha da şiddətləndirməkdən əl çəkin. Gəlin bu məsələni bitirək və öz işimizə qayıdaq", - Makqreqor qeyd edib.
Zabit Çin liderinin Avropaya NATO-nu parçalamaq məqsədi ilə gəldiyi iddiasını rədd edib. Makqreqor əminliklə bildirib ki, blok heç bir kənar təsir olmadan dağılacaq.
Bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə amerikalı Taker Karlson arasında baş tutan son söhbəti şərh edib. Onun sözlərinə görə, Rusiya liderinin nöqteyi-nəzərini bütün dünya xalqlarına çatdırmaq vacibdir, çünki ABŞ-da sağlam səslər var.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata (XHƏ) başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xəbər lenti
0