Пейзаж гор в городе Гусар - Sputnik Azərbaycan, 1920
BÖLGƏ
Azərbaycanla qonşu ölkələrdə və ərazilərdə baş verən hadisələr

Ermənistan daxilində baş verənlər 90-cı illərin ssenarisini xatırladır - Arzu Nağıyev

© AP Photo / Vahram Baghdasaryanİrəvanda etirazlar
İrəvanda etirazlar - Sputnik Azərbaycan, 1920, 10.05.2024
Abunə olmaq
Ermənistan və Rusiya liderlərinin Moskvada keçirilən görüşündən belə nəticəyə gəlmək olar ki, sülhün bərqərar olması üçün sürətli addımlar atılmalıdır.
BAKI, 10 may — Sputnik. Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri Almatıda görüşəcək. XİN rəhbərlərinin görüşü öncəsi vəziyyət və görüşdən gözləntilərlə bağlı millət vəkili Arzu Nağıyev Sputnik Azərbaycan-a danışıb.
Millət vəkili bildirib ki, Almatı görüşü sülh danışıqları istiqamətində gerçəkləşən növbəti mühüm mərhələdir: "Bu görüşə qədər tərəflər arasında baş verən müsbət məqamlar Almatı görüşündən gözləntiləri də artırır. Almatı görüşü Ermənistan daxilindəki pozucu qüvvələrin Paşinyan hakimiyyətinə qarşı etirazları fonunda baş tutur. Ermənistan və Rusiya liderlərinin Moskvada keçirilən görüşündən belə nəticəyə gəlmək olar ki, sülhün bərqərar olması üçün sürətli addımlar atılmalıdır. Atılan addımlar, liderlər tərəfindən verilən bəyanatlar da göstərir ki, yeganə məqsəd sülhə nail olmaqdır. Ermənistan daxilində baş verənlər 90-cı illərin ssenarisini xatırladır. Qarabağ klanının məqsədi aydındır. Həm Koçaryan, həm Sarkisyan bilir ki, sülhün əldə edilməsi onların həbsi ilə nəticələnəcək".
© SputnikArzu Nağıyev
Arzu Nağıyev - Sputnik Azərbaycan, 1920, 10.05.2024
Arzu Nağıyev
Arzu Nağıyev bildirir ki, danışıqlarda sülh müqaviləsinin prinsipləri üzrə müzakirələr aparılır: "Almatı görüşündən Azərbaycanın müsbət gözləntiləri var. Bu baxımdan XİN rəhbərləri səviyyəsində danışıqlarda mühüm nəticələr əldə oluna bilər. Hesab edirəm ki, bu görüşdə danışıqlar Zəngəzur dəhlizi və ümumilikdə kommunikasiyaların açılması ətrafında aparılacaq".
Xəbər lenti
0