ELM

Dünyanın zəlzələ proqnozçuları Bakıya toplaşacaq

© AP Photo / Sergei GritsBakıya mənzərə
Bakıya mənzərə - Sputnik Azərbaycan, 1920, 10.05.2024
Abunə olmaq
Konfransda Qafqazda son seysmik məlumatların toplanması və təhlili, müasir tikinti normalarında konseptlər, zəlzələ kataloqunun təkmilləşdirilməsi müzakirə olunacaq.
BAKI, 10 may — Sputnik. Bakıda 13-15 may tarixlərində "Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək konfransda AMEA rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, eləcə də xarici ölkələrdən 30-a yaxın tanınmış seysmoloq alim və mütəxəssis iştirak edəcək.
Konfransda Qafqazda son seysmik məlumatların toplanması və təhlili, müasir tikinti normalarında konseptlər, zəlzələ kataloqunun təkmilləşdirilməsi, seysmik metodlar və təhlükənin qiymətləndirilməsi tələbləri və s. mövzularda müzakirələr aparılacaq.
Xəbər lenti
0