https://sputnik.az/20240509/tarixde-bu-gun-9-may--foto-464495655.html
Tarixdə bu gün: 9 may – FOTO
Tarixdə bu gün: 9 may – FOTO
Sputnik Azərbaycan
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun. 09.05.2024, Sputnik Azərbaycan
2024-05-09T08:42+0400
2024-05-09T08:42+0400
2024-05-09T08:42+0400
9 may
cəmiyyət
tarixdə bu gün
talassemiya
respublika talassemiya mərkəzi
nasist
almaniya
moskva
moskva
https://cdnn1.img.sputnik.az/img/07e8/05/02/464331156_42:0:1158:628_1920x0_80_0_0_a8093e09ba72e5b4a9633343a107b1d1.jpg
BAKI, 9 may — Sputnik. Mayın 9-da bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib. Mayın 9-da kimlər dünyaya gəlib? Hovard Karter (1874-1939) - 1922-ci ildə Misirin Luksor yaxınlığındakı Krallar Vadisində Firon Tutanhamonun məzarını kəşf edən ingilis arxeoloqudur. Bulat Okudjava (1924-1997) - Sovet və Rusiya şairi, müğənni və bəstəkardır. O, iki yüzə yaxın müəllif və estrada mahnısının müəllifi, 1960-1980-ci illərdə müəllif mahnı janrının ən görkəmli nümayəndələrindən biridir. Billi Coel (1949) amerikalı bəstəkar və pianoçudur. O, "İlin albomu" və "İlin mahnısı" kimi nüfuzlu nominasiyalarda da daxil olmaqla altı "Qremmi" mükafatının qalibidir. Fyodor Bondarçuk (1967) - Sovet və Rusiya aktyoru, kinorejissor və teleaparıcıdır. O, "Lenfilm" SC-nin direktorlar şurasının sədridir. Aktyor "9-cu bölük", "Stalinqrad", "Yaşayan ada" və s. filmləri çəkib. Mayın 9-da dünyada baş verən tarixi hadisələr 1754-cü ildə amerikalı diplomat Benjamin Franklin "Pensilvaniya qəzeti"ndə məşhur "Ya qoşul, ya da öl" siyasi karikaturasını nəşr edib. Orada səkkiz hissəyə bölünmüş bir ilan təsvir edilib, bunlar koloniyaları təmsil edib. Burada ilanın başı Yeni İngiltərə, quyruğu isə Cənubi Karolina olaraq göstərilib. 1907-ci ildə amerikalı Anna Jarvis ABŞ-da Analar Gününü qeyd etmək üçün milli kampaniyaya başladıb. 1945-ci ildə nasist Almaniyasının təslim olması haqqında aktının imzalanması rəsmən elan edilib. Bu gün tarixə faşizm üzərində Qələbə Günü kimi düşüb. Bu bayram təkcə Rusiyada deyil, keçmiş Sovet İttifaqı ölkələrində, o cümlədən faşizm üzərində Qələbəyə böyük töhfə vermiş Azərbaycanda da qeyd olunur. O dövrdə cəbhəyə 600 mindən çox azərbaycanlı gedib. Müharibə illərində neftin 70%-i, benzinin 80%-i, mühərrik yağının 90%-i cəbhə üçün Bakı tərəfindən tədarük edilib. 1945-ci ildə SSRİ-də "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı təsis edilib. 1995-ci ildə Moskvada Poklonnaya dağında Qələbə Memorial Kompleksinin təntənəli açılışı olub. 2009-cu ildə Bakıda Talassemiya Mərkəzi açılıb. O, Heydər Əliyev Fondunun "Talassemiyasız həyat" proqramı çərçivəsində yaradılıb.
moskva
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/02/464331156_182:0:1019:628_1920x0_80_0_0_d8f177fe8d737231ad5db3e0ab04d52e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
9 may, tarixdə bu gün , talassemiya, respublika talassemiya mərkəzi, nasist, almaniya, moskva, moskva
9 may, tarixdə bu gün , talassemiya, respublika talassemiya mərkəzi, nasist, almaniya, moskva, moskva
Tarixdə bu gün: 9 may – FOTO
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 9 may — Sputnik. Mayın 9-da bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Mayın 9-da kimlər dünyaya gəlib?
Hovard Karter (1874-1939) - 1922-ci ildə Misirin Luksor yaxınlığındakı Krallar Vadisində Firon Tutanhamonun məzarını kəşf edən ingilis arxeoloqudur.
Bulat Okudjava (1924-1997) - Sovet və Rusiya şairi, müğənni və bəstəkardır. O, iki yüzə yaxın müəllif və estrada mahnısının müəllifi, 1960-1980-ci illərdə müəllif mahnı janrının ən görkəmli nümayəndələrindən biridir.
Billi Coel (1949) amerikalı bəstəkar və pianoçudur. O, "İlin albomu" və "İlin mahnısı" kimi nüfuzlu nominasiyalarda da daxil olmaqla altı "Qremmi" mükafatının qalibidir.
Fyodor Bondarçuk (1967) - Sovet və Rusiya aktyoru, kinorejissor və teleaparıcıdır. O, "Lenfilm" SC-nin direktorlar şurasının sədridir. Aktyor "9-cu bölük", "Stalinqrad", "Yaşayan ada" və s. filmləri çəkib.
Mayın 9-da dünyada baş verən tarixi hadisələr
1754-cü ildə amerikalı diplomat Benjamin Franklin "Pensilvaniya qəzeti"ndə məşhur "Ya qoşul, ya da öl" siyasi karikaturasını nəşr edib. Orada səkkiz hissəyə bölünmüş bir ilan təsvir edilib, bunlar koloniyaları təmsil edib. Burada ilanın başı Yeni İngiltərə, quyruğu isə Cənubi Karolina olaraq göstərilib.
1907-ci ildə amerikalı Anna Jarvis ABŞ-da Analar Gününü qeyd etmək üçün milli kampaniyaya başladıb.
1945-ci ildə nasist Almaniyasının təslim olması haqqında aktının imzalanması rəsmən elan edilib. Bu gün tarixə faşizm üzərində Qələbə Günü kimi düşüb. Bu bayram təkcə Rusiyada deyil, keçmiş Sovet İttifaqı ölkələrində, o cümlədən faşizm üzərində Qələbəyə böyük töhfə vermiş Azərbaycanda da qeyd olunur. O dövrdə cəbhəyə 600 mindən çox azərbaycanlı gedib. Müharibə illərində neftin 70%-i, benzinin 80%-i, mühərrik yağının 90%-i cəbhə üçün Bakı tərəfindən tədarük edilib.
1945-ci ildə SSRİ-də "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı təsis edilib.
1995-ci ildə Moskvada Poklonnaya dağında Qələbə Memorial Kompleksinin təntənəli açılışı olub.
2009-cu ildə Bakıda Talassemiya Mərkəzi açılıb. O, Heydər Əliyev Fondunun "Talassemiyasız həyat" proqramı çərçivəsində yaradılıb.