https://sputnik.az/20240509/seylon-cayinin-qiymeti-5-defe-arta-biler-464493543.html
Seylon çayının qiyməti 5 dəfə arta bilər
Seylon çayının qiyməti 5 dəfə arta bilər
Sputnik Azərbaycan
İstilər nəticəsində çoxlu çay məhsulu məhv olub və bir çox çay plantasiyalarına ciddi ziyan dəyib. 09.05.2024, Sputnik Azərbaycan
2024-05-09T20:29+0400
2024-05-09T20:29+0400
2024-05-09T20:29+0400
çay
dünya xəbərləri
şri-lanka
vyetnam
transplantasiya
məhsul
isti
dollar
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1d/427802047_0:160:3073:1888_1920x0_80_0_0_104960a02da5d4c06dcc4d6192f48b61.jpg
BAKI, 8 may — Sputnik. Bu il quraqlıq üzündən Şri-Lankada Seylon çay kollarının zəif məhsul verməsi onun qiymətinin Rusiya, Türkiyə və Avropadakı alıcılar üçün 5 dəfə artmasına səbəb ola bilər. Bu fərziyyəni "aif.ru" saytına müsahibəsində Şri-Lankanın Qalle şəhəri yaxınlığındakı çay fabrikinin sahibi Malinqa Herman Qunaratne deyib. Malinqa Herman Qunaratne əlavə edib ki, qiymət artımından sonra Seylon çayının Vyetnam çayı ilə əvəz olunmasından ehtiyat edir. Qeyd edək ki, çay dünya əhalisinin əksəriyyətinin sevimli içkisidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1d/427802047_170:0:2901:2048_1920x0_80_0_0_3e4ce37d0a49b595a95e27b6f4da8fc3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
çay, şri-lanka, vyetnam, transplantasiya, məhsul, isti, dollar
çay, şri-lanka, vyetnam, transplantasiya, məhsul, isti, dollar
Seylon çayının qiyməti 5 dəfə arta bilər
İstilər nəticəsində çoxlu çay məhsulu məhv olub və bir çox çay plantasiyalarına ciddi ziyan dəyib.
BAKI, 8 may — Sputnik. Bu il quraqlıq üzündən Şri-Lankada Seylon çay kollarının zəif məhsul verməsi onun qiymətinin Rusiya, Türkiyə və Avropadakı alıcılar üçün 5 dəfə artmasına səbəb ola bilər.
Bu fərziyyəni "aif.ru" saytına müsahibəsində Şri-Lankanın Qalle şəhəri yaxınlığındakı çay fabrikinin sahibi Malinqa Herman Qunaratne deyib.
"İstilər nəticəsində çoxlu çay məhsulu məhv oldu. Yağışlar mövsümü zamanı, demək olar ki, su yox idi, hər şey qurudu. Bir çox başqa plantasiyalara da ciddi ziyan dəyib. 2022-ci ildə pestisidləri qadağan edən əvvəlki hökumətin axmaq siyasəti ucbatından biz Şri-Lanka tarixində ən aşağı çay məhsulunu əldə etmişik. Adada tamamilə hər şeyin qiyməti artıb. Əgər əvvəllər 25 kq çay yarpağı toplayan qadınlar gündə 2 dollar alırdılarsa, hazırda 5 dollar alırlar. Elektrik enerjisi, odun üçün böyük hesablar – axı, yarpaqlar odun sobalarından istifadə edərək qurudulur. Bütün bunlar birlikdə Seylon çayının qiymətini beş dəfə, hətta daha çox qaldıra bilər", - Qunaratne "aif.ru"ya deyib.
Malinqa Herman Qunaratne əlavə edib ki, qiymət artımından sonra Seylon çayının Vyetnam çayı ilə əvəz olunmasından ehtiyat edir.
"Vyetnam çayının görünüşü əladır, lakin dadı samandan fərqlənmir", – Qunaratne bildirib.
Qeyd edək ki, çay dünya əhalisinin əksəriyyətinin sevimli içkisidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.