https://sputnik.az/20240509/raqin-sehersalma-ve-belediyyelerle-is-uzre-naziri-azerbaycan-ne-ucun-gelecek-464513269.html
İraqın şəhərsalma və bələdiyyələrlə iş üzrə naziri Azərbaycan nə üçün gələcək
İraqın şəhərsalma və bələdiyyələrlə iş üzrə naziri Azərbaycan nə üçün gələcək
Sputnik Azərbaycan
Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib. 09.05.2024, Sputnik Azərbaycan
2024-05-09T22:03+0400
2024-05-09T22:03+0400
2024-05-09T23:09+0400
iqtisadiyyat
azərbaycan
iraq
tikinti
şirkət
nümayəndə heyəti
səfər
https://cdnn1.img.sputnik.az/img/40360/70/403607093_0:159:3078:1890_1920x0_80_0_0_02ccd297b481283df11b304cbe217321.jpg
BAKI, 9 may - Sputnik. Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov bu ölkənin tikinti, şəhərsalma və bələdiyyələrlə iş üzrə naziri Bengin Rekani ilə görüşüb.Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, görüşdə iki dövlət arasındakı mövcud əlaqələrin inkişafı vurğulanıb və Azərbaycanın tikinti şirkətlərinin İraqda həyata keçirilən quruculuq işlərində iştirakı müzakirə olunub.İraqlı nazir bildirib ki, yaxın gələcəkdə Azərbaycana rəsmi səfər edəcək, tikinti üzrə ixtisaslaşmış şirkətlərinin rəhbərləri ilə görüşüb İraqdakı tikinti işləri və layihələrlə tanış edəcək, müzakirələr aparacaq. Nazir Azərbaycana geniştərkibli nümayəndə heyəti ilə səfər edəcək və B2G formatında İraq-Azərbaycan şirkətlərinin görüşü keçiriləcək.Görüşdə BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında XIII Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədə qərarın qəbul edildiyi barədə qarşı tərəfə məlumat verilib.Səfir Nəsir Məmmədov iraqlı nazirə Azərbaycanda həyata keçirilən islahatlar, işğaldan azad olunan Qarabağdakı bərpa-quruculuq işləri barəsində ətraflı məlumat verib.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də geniş fikir mübadiləsi aparılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40360/70/403607093_174:0:2905:2048_1920x0_80_0_0_215ccf53d6e31398f6ede4269599f106.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, iraq, tikinti, şirkət, nümayəndə heyəti, səfər
azərbaycan, iraq, tikinti, şirkət, nümayəndə heyəti, səfər
İraqın şəhərsalma və bələdiyyələrlə iş üzrə naziri Azərbaycan nə üçün gələcək
22:03 09.05.2024 (Yenilənib: 23:09 09.05.2024) Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib.
BAKI, 9 may - Sputnik. Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov bu ölkənin tikinti, şəhərsalma və bələdiyyələrlə iş üzrə naziri Bengin Rekani ilə görüşüb.
Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, görüşdə iki dövlət arasındakı mövcud əlaqələrin inkişafı vurğulanıb və Azərbaycanın tikinti şirkətlərinin İraqda həyata keçirilən quruculuq işlərində iştirakı müzakirə olunub.
İraqlı nazir bildirib ki, yaxın gələcəkdə Azərbaycana rəsmi səfər edəcək, tikinti üzrə ixtisaslaşmış şirkətlərinin rəhbərləri ilə görüşüb İraqdakı tikinti işləri və layihələrlə tanış edəcək, müzakirələr aparacaq. Nazir Azərbaycana geniştərkibli nümayəndə heyəti ilə səfər edəcək və B2G formatında İraq-Azərbaycan şirkətlərinin görüşü keçiriləcək.
Görüşdə BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında XIII Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədə qərarın qəbul edildiyi barədə qarşı tərəfə məlumat verilib.
Səfir Nəsir Məmmədov iraqlı nazirə Azərbaycanda həyata keçirilən islahatlar, işğaldan azad olunan Qarabağdakı bərpa-quruculuq işləri barəsində ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də geniş fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.