SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan-Slovakiya hərbi əməkdaşlığının hansı perspektivləri var?

Zuzana 2 - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Abunə olmaq
Slovakiya Baş naziri dünyadakı silah çatışmazlığı fonunda Azərbaycanla birgə silah istehsalının faydalı olduğunu qeyd edir.
BAKI, 9 may — Sputnik. Slovakiya Respublikasının Baş naziri Robert Fitso AzərTac-a və AzTV-yə müsahibəsində bildirib ki, Azərbaycanla Slovakiyanın birlikdə silah istehsal edəcəyini açıqlayıb.
Fitsonun Bakı səfərinin ən diqqət çəkən məqmalarında biri də məhz iki ölkə arasında müdafiə sənayesi ilə bağlı əməkdaşlığın inkişaf etidirlməsi üçün imzalanan sənədlər idi.
Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Robert Fitso
Slovakiya Baş naziri dünyadakı silah çatışmazlığı fonunda Azərbaycanla birgə silah istehsalının faydalı olduğunu qeyd edir.
Slovakiyanın mövcud silah sənayesi bir neçə inkişaf mərhələsi adlayıb. 2004-cü ildə bu ölkə NATO-ya daxil olduqdan sonra müdafiə sənayesinin transformasiyası baş verdi. Belə ki, Slovakiya artilleriya sursatlarının istehsalındakı sovet standartı 152 mm-dən NATO standartı 155 mm-ə keçdi və yeni texnologiyaların tətbiqinə diqqət yetirən özəl şirkətlər yaradıldı.
Hərbi ekspert Ramil Məmmədli Azərbaycan-Slovakiya hərbi əməkdşalığının perspektivlərini Sputnik Azərbaycan-a açıqlayıb.
Hərbi ekspert bildirir ki, Azərbaycanın Slovakiya ilə yanaşı Çexiya ilə hərbi texniki sahədə əməkdaşlığı yeni bir şey deyil:
"Bizim bu ölkələrlə tarixi mədəni bağlılığımız var, uzun müddət birgə sosialist düşərgəsində təmsil olunmuşuq. Bu və ya digər formada zaman-zaman əlaqələrimiz olub".
© Photo : AZƏRTACRamil Məmmədli
Ramil Məmmədli - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Ramil Məmmədli
Ramil Məmmədli hesab edir ki, NATO-nu əsas götürərək Slovakiya ilə ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə qarşı çıxmaq doğru olmaz:
"Yəni, Slovakiya ilə qurulan hərbi əməkdaşlıq NATO ilə qurulan əməkdaşlıq kimi qəbul olunmamalıdır. Çünki Azərbaycan NATO-nun ən önəmli üzvü olan qardaş Türkiyə dövləti ilə də hərbi sahədə yetərincə əməkdaşlıq qurub. Türkiyə ilə hərbi əməkdaşlığımız da ikitərfəli münasibətlərə söykənir. Bu baxımdan Slovakiya ilə qurulmuş əməkdaşlığımıza da bu kontekstdən dəyərləndirilməlidir. Slovakiya ilə hərbi-texniki sahədə birgə layihələrin reallaşdırılması uzun illərə söykənən münasibətimizdə yeni bir səhifənin açılması hesab edilməlidir".
Ekspert onu da qeyd edir ki, bu əməkdaşlıq Azərbaycan müdafiə sənayesinin inkişafına da əlavə bir stimul verə bilər:

"Ehtimal etmək olar ki, tərəflər artilleriya sistemlərinin satın alınması və birgə istehsalı ilə bağlı işlərə başlaya bilər. Satınalma ilə bağlı məncə bir problem olmamalıdır, çünki bu istiqamətdə müəyyən razılaşmalar var. Müdafiə sənayesi sahəsində artilleriya sistemlərinin əldə olunması və mərmilərinin istehsalı sahəsində əməkdaşlığı görə bilərik. Qyed etdiyimiz kimi, Slovakiya NATO texnologiyalarına sahib bir ölkədir və onunla qurulan əməkdaşlıqla bu texnologiyaları mənimsəyə bilərik. Azərbaycan müharibədən əvvəl Çexiyadan DANA özüyeriyən artilleriya qurğularını almışdı. Bu münasibətlər davam edir. Azərbaycan bu prosesdə sadəcə maliyyə tərəfinin həll edilməsində deyil, əsasən birgə istehsalın təşkilində maraqlıdır".

© Sputnik / Murad OrujovDANA özüyeriyən artilleriya qurğu, arxiv
Bakıda parada hazırlıq - Sputnik Azərbaycan, 1920, 09.05.2024
DANA özüyeriyən artilleriya qurğu, arxiv
R.Məmmədli onu da qeyd edib ki, Slovakiya və Çexiya şirkətləri özləri Azərbaycanla əməkdaşlığa maraq göstərirlər.
"Onlar istehsal işlərinin Azərbaycanda keçirilməsinə tərəfdardırlar. Çünki həmin ölkələrdən fərqli olaraq hər iki düşərgəyə silah satışını və alışını həyata keçirə biləcək ölkədir. Burada iki düşərgə deyərkən mən Qərbi və keçmiş sovet ölkələrini nəzərdə tuturam. Bu baxımdan Azərbaycan coğrafi nöqteyi nəzərdən uğurlu yer hesab edilir. Slovakiyalı mütəxəssislərin bu baxımdan Azərbaycanda fəaliyyəti məqsəduyğun hesab edilir. Azərbaycan 2020-ci il müharibəsindən bir qədər əvvəl və müharibədən sonrakı dövrdə Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlıq etməyə başlayıb. Burada Serbiya və Bolqarıstanı da xüsusi qeyd etməliyik. Bu hərbi-texniki əməkdaşlıq getdikcə dərinləşir və bütün tərəflər üçün strateji əhəmiyyət kəsb edir", - ekspert fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0