NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan qazının birbaşa tədarükünün artımı enerji təhlükəsizliyinin açarıdır - Ekspert

© Official website of President of Azerbaijan RepublicSofiyada SOCAR-ın Bolqarıstandakı ofisi, arxiv
Sofiyada SOCAR-ın Bolqarıstandakı ofisi, arxiv - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Abunə olmaq
Bolqarıstanın ekspert ölkəsinin Azərbaycanla təbii qaz nəqli sahəsndə əməkdaşlığını yüksək qiymətləndirib.
BAKI, 9 may - Sputnik. Azərbaycan Avropaya təbii qaz nəqlinin təmin edilməsində çox böyük rol oynayır. Bunu Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində Bolqarıstanın keçmiş energetika nazirinin müavini, beynəlxalq ekspert Yavor Kuyumciyev deyib.
Onun sözlərinə görə, Bolqarıstan əsas qaz tranzit məntəqəsi olduğundan Azərbaycan qazının Avropaya çatdırılmasını təmin etmək üçün ölkənin infrastrukturu sürətlə inkişaf etdirilir.

"“Balkan axını” ilə yanaşı, bizi əlavə olaraq Yunanıstan və Serbiya ilə birləşdirən yeni qaz kəmərlərini istifadəyə vermişik və Rumıniya ilə qaz əlaqəsi imkanlarını artırmağa çalışırıq. Bütün bunlar Azərbaycanın bizim üçün nə qədər önəmli olduğunu göstərir", - esdkpert bildirib.

Yavor Kuyumciyev - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Yavor Kuyumciyev
Mütəxəssis bildirib ki, enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında iqtisadi əlaqələrin əsas istiqamətlərindən biridir:
"Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstan və Albaniya ərazisindən keçir. Qeyd edək ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkan yarımadasına daxil olub. Eyni zamanda, Azərbaycanın təbii qaz ixrac bazarı regionda yerli interkonnektorlar hesabına daha da genişlənib. Hazırda Azərbaycan Bolqarıstanda əsasən bolqar istehlakçılarını qazla təmin edə bilən enerji ixrac edən ölkə kimi tanınır. Bolqarıstan 2022-ci il oktyabrın 1-dən Yunanıstanla interkonnektor vasitəsilə Azərbaycandan təbii qaz alır".
2023-cü ilin aprelində Sofiyada imzalanan “Həmrəylik Halqası” layihəsinə toxunan keçmiş nazir Bolqarıstan üçün açılan imkanlardan da söz açıb. Aprelin 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın qaz nəqli operatorları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıq haqqında Saziş imzalanıb. O, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyada “Həmrəylik Halqası” adlanan təkmilləşdirilmiş qazötürücü sistemlər şəbəkəsi vasitəsilə Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlıq sahələrini müəyyən edir.
© Sputnik / Elnur Salayevİnfoqrafika: Azərbaycandan qaz Balkanlara necə çatacaq
İnfoqrafika: Azərbaycandan qaz Balkanlara necə çatacaq - Sputnik Azərbaycan, 1920, 09.05.2024
İnfoqrafika: Azərbaycandan qaz Balkanlara necə çatacaq

"Layihənin ideyası hər bir operator üçün daha səmərəli və daha ucuz olacaq öz sisteminin gücünü artırmaqdır. Bu layihə təkcə Bolqarıstan üçün deyil, bütün Aİ üçün faydalıdır. Təsadüfi deyil ki, bu təşəbbüsdə Rumıniya, Macarıstan və Slovakiya da iştirak edir. Bizim hamımız üçün qaz infrastrukturunun inkişafı və genişləndirilməsi, Azərbaycan qazının birbaşa tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır. “Həmrəylik Halqası” və Avropanın maliyyəsi olmasa, biz Avropanın tam mərkəzində yerləşən ölkələr Azərbaycandan böyük həcmdə qaz almaq imkanından məhrum olacağıq".

Məlumat üçün bildiək ki, Azərbaycan və Bolqarıstan arasında iqtisadi əlaqələr artan templə davam edir. Belə ki, ötən il Bolqarıstan bazarına 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı nəql edilib ki, bu da 2022-ci illə müqayisədə 2 dəfə çoxdur (2022-ci ildə Azərbaycandan Bolqarıstana qaz nəqli 600 milyon kubmetr olub). Bu il sonuna qədər isə bu həcm 1,5 milyard kubmetrə çatdırılacaq.
Bununla da Azərbaycan qazı Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edəcək. İki ölkə arasında ticarət dövriyyəsinə gəlincə, burada da göstəricilər əhəmiyyətli dərəcədə artıb. Təkcə cari ilin birinci rübündə qarşılıqlı ticarət təxminən dörd dəfə artaraq 153 milyon dollara çatıb. Azərbaycanın qeyd olunan dövrdə ixracı isə illik dörd dəfədən çox artaraq 146 milyon dollar təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0