https://sputnik.az/20240508/regional-dehlizlerle-elaqe-ve-yukdasimanin-artimi-simal-cenub-istiqameti-qiymetlendirilib-464457460.html
Regional dəhlizlərlə əlaqə və yükdaşımanın artımı: Şimal-Cənub istiqaməti qiymətləndirilib
Regional dəhlizlərlə əlaqə və yükdaşımanın artımı: Şimal-Cənub istiqaməti qiymətləndirilib
Sputnik Azərbaycan
"Şimal-Cənub" Beynəlxalq nəqliyyat dəhlizi (BND) üzrə daşınmanı stimullaşdırmaqdan ötrü tranzit ölkələr infrastrukturdan istifadə üçün vahid aşağı dərəcələrlə... 08.05.2024, Sputnik Azərbaycan
2024-05-08T08:33+0400
2024-05-08T08:33+0400
2024-05-08T10:39+0400
yükdaşıma
iqtisadiyyat
şimal-cənub tranzit dəhlizi
"şimal axını-2"
"şimal-cənub" beynəlxalq nəqliyyat dəhlizi
https://cdnn1.img.sputnik.az/img/40949/95/409499553_0:186:4563:2752_1920x0_80_0_0_4726876ba90447b499f6918958b9cfe6.jpg
BAKI, 8 may — Sputnik. 2023-cü ildə 650 milyon tondan çox olan beynəlxalq yük daşımalarının ümumi həcminin 3 faizi və ya 19 milyon tonu "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin payına düşüb. Avrasiya İnkişaf Bankının (AİB) "İnfrastruktur Avrasiya: qısamüddətli və ortamüddətli meyllər" hesabatında bu barədə deyilib. Eyni zamanda, AİB-in məlumatına görə, son bir ildə Beynəlxalq Nəqliyyat Dəhlizi (BND) ilə yükdaşımalar 38% artıb. Hesabatda göstərilir ki, Mərkəzi Asiyada ötən il ərzində enli nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində təşəbbüslərin sayı kəskin artıb. "Mərkəzi Avrasiya dəhlizi də daxil olmaqla ənənəvi "Şərq-Qərb" nəqliyyat marşrutlarına və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TBNM/Orta dəhliz) ibarət olan "TRASEKA" BND-yə xüsusi diqqət yetirilir. Onların inkişafına bütün əsas oyunçular - Rusiya, Çin, Iran, Hindistan, Türkiyə, Pakistan, Avropa ölkələri və ABŞ maraq göstərirlər" – AİB-in hesabatında belə deyilir. 2023-cü ildə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avrasiya nəqliyyat dəhlizlərinin yeni konfiqurasiyasında xüsusi yer tutub. "İl ərzində İranda "Şimal-Cənub" – Rəşt-Astara qərb marşrutu üzrə dəmir yolunun 1,6 milyard avro dəyərində sonuncu zəruri hissəsinin tamamlanması ilə bağlı sazişlər imzalanıb. Bu layihənin icrasına 2024-cü ildə başlanmalıdır. İşlərin 2027-ci il üçün tamamlanması nəzərdə tutulub" - bankın hesabatında deyilir. Bundan əlavə, BND çərçivəsində Olya, Aktau, Kurık və digər dəniz limanlarının imkanlarının genişləndirilməsi üzrə layihələr həyata keçirilir. Həmçinin xüsusi iqtisadi zonalar birliyinin yaradılması istiqamətində də işlər aparılır. Nəqliyyatı stimullaşdırmaq məqsədi ilə tranzit ölkələr infrastrukturdan istifadə üçün vahid endirimli tariflərlə konteyner daşımalarından ötrü güzəştlər tətbiq edilir. Hesabatda, həmçinin qeyd olunub ki, dəhliz 2030-cu ilə qədər yükdaşımaların həcmini 30 milyon tona və ya daha çox artırmaq potensialına malikdir. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşıma dinamik inkişaf edir. Həcmlər beynəlxalq daşımaların digər istiqamətləri ilə müqayisədə hələ də aşağı olsa da, dəhliz artım üçün böyük potensiala malikdir. 2022-ci ildə daşımaların həcmi, təxminən 16 milyon ton təşkil edib. 2023-cü ildə 19 milyon ton qiymətləndirilib. Dinamikalar bütün gözləntiləri əhəmiyyətli dərəcədə üstələyir" - AİB qeyd edib. "Şimal-Cənub" BND Avrasiya marşrutlarının yenidən qurulması planlarının həyata keçirilməsi üçün müstəsna əhəmiyyət kəsb edir. Bu, Aİİ-nin şimal-qərb hissəsini Mərkəzi Asiya dövlətləri, Fars körfəzi regionu və Hind okeanı ölkələri ilə birləşdirən inteqrasiya olunmuş nəqliyyat marşrutudur. BND infrastrukturu çevikliyi və nəqliyyat marşrutlarının müxtəlifliyini təmin edir, həmçinin beynəlxalq ticarətin asanlaşdırılmasına və birləşdirdiyi regionlar arasında əməkdaşlığın inkişafına köməklik göstərir. "Şimal-Cənub"un digər marşrutlarla əlaqəsi Hesabatda göstərilir ki, 2023-cü il ərzində Mərkəzi Asiya ilə Şimal-Cənub BND arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün müxtəlif variantlar təklif edilib. Bir tərəfdən Belarus, Rusiya, Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistanı birləşdirən yeni dəhlizin yaradılması imkanları nəzərdən keçirilir. Digər tərəfdən, Qırğızıstan, Rusiya, Türkmənistan və Özbəkistan Mərkəzi Asiya ilə Rusiya arasında multimodal Cənub nəqliyyat dəhlizinin yaradılması barədə razılığa gəliblər. "Marşrut Qırğızıstanın cənubundan Özbəkistana, oradan Türkmənistana, Xəzər dənizindəki Türkmənbaşı limanına, daha sonra isə şimaldan Həştərxana istiqamət götürəcək. Mərkəzi Asiya regionunun yük axınının bir hissəsinin Həştərxandakı limanındakı "Şimal-Cənub" BND marşrutuna köçürülməsi planlaşdırılır" - nəşrdə qeyd olunub. Şimal-Cənub BND-nin unikal istiqaməti şərqdən qərbə uzanan digər qlobal və regional nəqliyyat dəhlizləri ilə qarşılıqlı əlaqə yaratmaq üçün imkanlar yaradır: Avrasiya Trans-Sibir dəhlizi və onun tərkib hissəsi olan dəmir yolu dəhlizləri, həmçinin Avropa-Qərbi Çin beynəlxalq nəqliyyat marşrutu; Çini və Mərkəzi Asiya regionunu Mərkəzi və Şərqi Avropa ölkələri ilə birləşdirən dəhlizlər; "TRACEKA" BND və onun oxu boyunca keçən beynəlxalq "Lapis Lazuli" nəqliyyat dəhlizi, Qara dəniz-Xəzər dənizi beynəlxalq marşrutu; Cənub-Şərqi Asiya ölkələrini Hindistan, Pakistan, İran və Türkiyə ilə birləşdirən Avrasiya nəqliyyat dəhlizi olan "Cənub" (hazırda o, yalnız İran və Türkiyə, daha az intensiv - Pakistan və İran arasında olan hissələrdə fəaliyyət göstərir). Hesabatda deyilir ki, variantların geniş mozaikası Avrasiya məkanında müxtəlif ölkələr arasında yüklərin çatdırılması üçün geniş imkanlar yaradır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40949/95/409499553_321:0:4240:2939_1920x0_80_0_0_fefbeca125725bf3e64fc009393e4f27.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
yükdaşıma, şimal-cənub tranzit dəhlizi, "şimal axını-2", "şimal-cənub" beynəlxalq nəqliyyat dəhlizi
yükdaşıma, şimal-cənub tranzit dəhlizi, "şimal axını-2", "şimal-cənub" beynəlxalq nəqliyyat dəhlizi
Regional dəhlizlərlə əlaqə və yükdaşımanın artımı: Şimal-Cənub istiqaməti qiymətləndirilib
08:33 08.05.2024 (Yenilənib: 10:39 08.05.2024) "Şimal-Cənub" Beynəlxalq nəqliyyat dəhlizi (BND) üzrə daşınmanı stimullaşdırmaqdan ötrü tranzit ölkələr infrastrukturdan istifadə üçün vahid aşağı dərəcələrlə konteyner çatdırılmalarına güzəştlər tətbiq edirlər.
BAKI, 8 may — Sputnik. 2023-cü ildə 650 milyon tondan çox olan beynəlxalq yük daşımalarının ümumi həcminin 3 faizi və ya 19 milyon tonu "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin payına düşüb.
Avrasiya İnkişaf Bankının (AİB) "İnfrastruktur Avrasiya: qısamüddətli və ortamüddətli meyllər" hesabatında bu barədə deyilib.
Eyni zamanda, AİB-in məlumatına görə, son bir ildə Beynəlxalq Nəqliyyat Dəhlizi (BND) ilə yükdaşımalar 38% artıb.
Hesabatda göstərilir ki, Mərkəzi Asiyada ötən il ərzində enli nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində təşəbbüslərin sayı kəskin artıb.
"Mərkəzi Avrasiya dəhlizi də daxil olmaqla ənənəvi "Şərq-Qərb" nəqliyyat marşrutlarına və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TBNM/Orta dəhliz) ibarət olan "TRASEKA" BND-yə xüsusi diqqət yetirilir. Onların inkişafına bütün əsas oyunçular - Rusiya, Çin, Iran, Hindistan, Türkiyə, Pakistan, Avropa ölkələri və ABŞ maraq göstərirlər" – AİB-in hesabatında belə deyilir.
2023-cü ildə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avrasiya nəqliyyat dəhlizlərinin yeni konfiqurasiyasında xüsusi yer tutub.
"İl ərzində İranda "Şimal-Cənub" – Rəşt-Astara qərb marşrutu üzrə dəmir yolunun 1,6 milyard avro dəyərində sonuncu zəruri hissəsinin tamamlanması ilə bağlı sazişlər imzalanıb. Bu layihənin icrasına 2024-cü ildə başlanmalıdır. İşlərin 2027-ci il üçün tamamlanması nəzərdə tutulub" - bankın hesabatında deyilir.
Bundan əlavə, BND çərçivəsində Olya, Aktau, Kurık və digər dəniz limanlarının imkanlarının genişləndirilməsi üzrə layihələr həyata keçirilir. Həmçinin xüsusi iqtisadi zonalar birliyinin yaradılması istiqamətində də işlər aparılır. Nəqliyyatı stimullaşdırmaq məqsədi ilə tranzit ölkələr infrastrukturdan istifadə üçün vahid endirimli tariflərlə konteyner daşımalarından ötrü güzəştlər tətbiq edilir.
Hesabatda, həmçinin qeyd olunub ki, dəhliz 2030-cu ilə qədər yükdaşımaların həcmini 30 milyon tona və ya daha çox artırmaq potensialına malikdir.
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşıma dinamik inkişaf edir. Həcmlər beynəlxalq daşımaların digər istiqamətləri ilə müqayisədə hələ də aşağı olsa da, dəhliz artım üçün böyük potensiala malikdir. 2022-ci ildə daşımaların həcmi, təxminən 16 milyon ton təşkil edib. 2023-cü ildə 19 milyon ton qiymətləndirilib. Dinamikalar bütün gözləntiləri əhəmiyyətli dərəcədə üstələyir" - AİB qeyd edib.
"Şimal-Cənub" BND Avrasiya marşrutlarının yenidən qurulması planlarının həyata keçirilməsi üçün müstəsna əhəmiyyət kəsb edir. Bu, Aİİ-nin şimal-qərb hissəsini Mərkəzi Asiya dövlətləri, Fars körfəzi regionu və Hind okeanı ölkələri ilə birləşdirən inteqrasiya olunmuş nəqliyyat marşrutudur.
BND infrastrukturu çevikliyi və nəqliyyat marşrutlarının müxtəlifliyini təmin edir, həmçinin beynəlxalq ticarətin asanlaşdırılmasına və birləşdirdiyi regionlar arasında əməkdaşlığın inkişafına köməklik göstərir.
"Şimal-Cənub"un digər marşrutlarla əlaqəsi
Hesabatda göstərilir ki, 2023-cü il ərzində Mərkəzi Asiya ilə Şimal-Cənub BND arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün müxtəlif variantlar təklif edilib. Bir tərəfdən Belarus, Rusiya, Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistanı birləşdirən yeni dəhlizin yaradılması imkanları nəzərdən keçirilir.
Digər tərəfdən, Qırğızıstan, Rusiya, Türkmənistan və Özbəkistan Mərkəzi Asiya ilə Rusiya arasında multimodal Cənub nəqliyyat dəhlizinin yaradılması barədə razılığa gəliblər.
"Marşrut Qırğızıstanın cənubundan Özbəkistana, oradan Türkmənistana, Xəzər dənizindəki Türkmənbaşı limanına, daha sonra isə şimaldan Həştərxana istiqamət götürəcək. Mərkəzi Asiya regionunun yük axınının bir hissəsinin Həştərxandakı limanındakı "Şimal-Cənub" BND marşrutuna köçürülməsi planlaşdırılır" - nəşrdə qeyd olunub.
Şimal-Cənub BND-nin unikal istiqaməti şərqdən qərbə uzanan digər qlobal və regional nəqliyyat dəhlizləri ilə qarşılıqlı əlaqə yaratmaq üçün imkanlar yaradır: Avrasiya Trans-Sibir dəhlizi və onun tərkib hissəsi olan dəmir yolu dəhlizləri, həmçinin Avropa-Qərbi Çin beynəlxalq nəqliyyat marşrutu; Çini və Mərkəzi Asiya regionunu Mərkəzi və Şərqi Avropa ölkələri ilə birləşdirən dəhlizlər; "TRACEKA" BND və onun oxu boyunca keçən beynəlxalq "Lapis Lazuli" nəqliyyat dəhlizi, Qara dəniz-Xəzər dənizi beynəlxalq marşrutu; Cənub-Şərqi Asiya ölkələrini Hindistan, Pakistan, İran və Türkiyə ilə birləşdirən Avrasiya nəqliyyat dəhlizi olan "Cənub" (hazırda o, yalnız İran və Türkiyə, daha az intensiv - Pakistan və İran arasında olan hissələrdə fəaliyyət göstərir).
Hesabatda deyilir ki, variantların geniş mozaikası Avrasiya məkanında müxtəlif ölkələr arasında yüklərin çatdırılması üçün geniş imkanlar yaradır.