Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Kütləvi imtahanları da elektron formata keçirəcəyik - Dövlət İmtahan Mərkəzinin sədri

© Sputnik / Murad OrujovMəleykə Abbaszadə
Məleykə Abbaszadə  - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Abunə olmaq
DİM sədri bildirib ki, işə qəbul imtahanları da elektronlaşdırılacaq. Bu il üçün ilkin mərhələdə kontingenti 2000 nəfərdən az olan bütün imtahanlar bu binada keçiriləcək.
BAKI, 8 may — Sputnik. Dövlət İmtahan Mərkəzinin (DİM) yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu günə qədər mərkəzin keçirdiyi 45 növ imtahanın 21-i elektron formada olub: "Elektron imtahanlarda isə keçən il 7000 nəfər iştirak edib. Bundan sonra həmin nisbətlər yavaş-yavaş dəyişəcək. Dövlət qulluğuna qəbul üçün keçirilən imtahanların hamısı bundan sonra elektronlaşdırılacaq".
DİM sədri bildirib ki, işə qəbul imtahanları da elektronlaşdırılacaq: "Bu il üçün ilkin mərhələdə kontingenti 2000 nəfərdən az olan bütün imtahanlar bu binada keçiriləcək. Gələn ilin imtahan cədvəli barədə artıq düşünülür. Hesab edirəm ki, bir il ərzində bütün imtahanlar, hansı ki kontingent sayı 10 mindən azdır, həmin imtahanların hamısı burada keçiriləcək".
"Təkcə regional bölmələrlə yox, müxtəlif ali məktəblər, tədris mərkəzləri ilə əlaqə yaradacağıq və çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək. Bu həftədən imtahanlar başlayacaq. Yüksəliş müsabiqəsinin onlayn sessiyası mayın 13-dən etibarən burada 5 gün ərzində baş tutacaq" - M.Abbaszadə əlavə edib.
Xəbər lenti
0