Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bolqarıstan-Azərbaycan sənədləri imzalanıb

© Official website of President of Azerbaijan RepublicAzərbaycan-Bolqarıstan sənədləri imzalanıb
Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə"ni imzalayıblar.
BAKI, 8 may — Sputnik. Azərbaycana dövlət səfərinə gələn Bolqarıstan Prezidenti Rumen Radevin mayın 8-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və birinci xanım Desislava Radevanı qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verib.
Bolqarıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Bolqarıstan Prezidenti Rumen Radevə və birinci xanım Desislava Radevaya, Bolqarıstan nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rumen Radevin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub
Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə"ni imzaladılar.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan-Bolqarıstan sənədləri imzalanıb
Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və "Bulgaria Air" aviaşirkətinin idarə heyətinin üzvü Xristo Todorov "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti və "Bulgaria Air" Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi"ni imzaladılar.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və Bolqarıstan Respublikasının energetika nazirinin vəzifəsini icra edən Vladimir Malinov "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzaladılar.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Asarel Investment" şirkətinin müşahidə şurasının sədri Dimitrar Tsosorkov "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "Asarel Investment" arasında Anlaşma Memorandumu"nu imzaladılar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.
Xəbər lenti
0