https://sputnik.az/20240508/azerbaycanin-arxa-cebhe-qehremanlari-dersliye-sigmayan-heyat-464424415.html
Azərbaycanın arxa cəbhə qəhrəmanları: dərsliyə sığmayan həyat
Azərbaycanın arxa cəbhə qəhrəmanları: dərsliyə sığmayan həyat
Sputnik Azərbaycan
Reportajımızın qəhrəmanı İkinci Dünya Müharibəsində arxa cəbhədə fədakarlıq göstərmiş Səfiyə Mehdiyevadır. Müharibə başlayarnda o, hələ uşaq olub. Bu gün onun... 08.05.2024, Sputnik Azərbaycan
2024-05-08T10:00+0400
2024-05-08T10:00+0400
2024-05-08T10:24+0400
video
böyük vətən müharibəsi
arxa cəbhə
müharibə adamları
faşizm üzərində qələbə
https://cdnn1.img.sputnik.az/img/07e8/05/07/464455029_0:0:1920:1080_1920x0_80_0_0_f5ca47fc3e89bedcf4e5a5fbfd024199.jpg
Böyük Vətən Müharibəsi başlayanda Səfiyə Mehdiyeva yeddinci sinfi təzəcə bitirmişdi. Günorta vaxtı eşitdiyi dəhşətli həyacan siqnalını günü bu gün də xatırlayır. O zaman hamı müharibənin başlamasını anlamışdı. "Kişilər müharibəyə getdilər, uşaqlar isə məktəbə gəlmədilər, sinif dağılmışdı. Sonra institutun direktoru bizə, bir neçə qıza təhsilsiz qalmamağımız üçün universitetə qəbul olmağımızı təklif etdi. O zaman biz səkkizinci sinifdə oxumalı idik. Hazırlıq kurslarında təhsil aldıqdan sonra instituta qəbul olduq. 1944-cü ildə universiteti bitirdim və məni rayona müəllim kimi işləməyə göndərdilər" - Mehdiyeva söyləyir. Arxa cəbhənin qəhrəman uşaqlığının çox çətin keçdiyini qeyd edir. Onun sözlərinə görə, o zaman nə avtobuslar olub, nə də maşınlar. Ancaq hər gün məktəbə əlində yemək çantası ilə 10 km yolu qət etməyə məcbur olub. Mehdiyeva xatırlayır ki, həmin dövrdə adi adamlara 400 qram, işçilərə 600 qram, uşaqlara isə 250 qram çörək verilib. Səfiyə Mehdiyeva 45 il müəllim kimi fəaliyyət göstərib. O, "Ana Şöhrəti" ordeni ilə təltif edilib (6 uşaq anasıdır). Qəhrəman qadın bir "Əmək veteranı" medalına müharibə illərində, ikinci medala isə müharibə başa çatdıqdan sonra layiq görülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kamilla Aliyeva
https://cdnn1.img.sputnik.az/img/40690/13/406901393_291:0:832:541_100x100_80_0_0_ded8ff6f13e4138ef4c5370f3c7ca21d.jpg
Kamilla Aliyeva
https://cdnn1.img.sputnik.az/img/40690/13/406901393_291:0:832:541_100x100_80_0_0_ded8ff6f13e4138ef4c5370f3c7ca21d.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/07/464455029_144:0:1584:1080_1920x0_80_0_0_32881df9458f4e9e64af82afe1391ef9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kamilla Aliyeva
https://cdnn1.img.sputnik.az/img/40690/13/406901393_291:0:832:541_100x100_80_0_0_ded8ff6f13e4138ef4c5370f3c7ca21d.jpg
böyük vətən müharibəsi, arxa cəbhə, müharibə adamları, faşizm üzərində qələbə, видео
böyük vətən müharibəsi, arxa cəbhə, müharibə adamları, faşizm üzərində qələbə, видео
Azərbaycanın arxa cəbhə qəhrəmanları: dərsliyə sığmayan həyat
10:00 08.05.2024 (Yenilənib: 10:24 08.05.2024) Reportajımızın qəhrəmanı İkinci Dünya Müharibəsində arxa cəbhədə fədakarlıq göstərmiş Səfiyə Mehdiyevadır. Müharibə başlayarnda o, hələ uşaq olub. Bu gün onun artıq 98 yaşı tamam olur və ahıl yaşına baxmayaraq o, özünü güclü və enerjili hiss edir.
Böyük Vətən Müharibəsi başlayanda Səfiyə Mehdiyeva yeddinci sinfi təzəcə bitirmişdi. Günorta vaxtı eşitdiyi dəhşətli həyacan siqnalını günü bu gün də xatırlayır. O zaman hamı müharibənin başlamasını anlamışdı.
"Kişilər müharibəyə getdilər, uşaqlar isə məktəbə gəlmədilər, sinif dağılmışdı. Sonra institutun direktoru bizə, bir neçə qıza təhsilsiz qalmamağımız üçün universitetə qəbul olmağımızı təklif etdi. O zaman biz səkkizinci sinifdə oxumalı idik. Hazırlıq kurslarında təhsil aldıqdan sonra instituta qəbul olduq. 1944-cü ildə universiteti bitirdim və məni rayona müəllim kimi işləməyə göndərdilər" - Mehdiyeva söyləyir.
Arxa cəbhənin qəhrəman uşaqlığının çox çətin keçdiyini qeyd edir. Onun sözlərinə görə, o zaman nə avtobuslar olub, nə də maşınlar. Ancaq hər gün məktəbə əlində yemək çantası ilə 10 km yolu qət etməyə məcbur olub. Mehdiyeva xatırlayır ki, həmin dövrdə adi adamlara 400 qram, işçilərə 600 qram, uşaqlara isə 250 qram çörək verilib.
Səfiyə Mehdiyeva 45 il müəllim kimi fəaliyyət göstərib. O, "Ana Şöhrəti" ordeni ilə təltif edilib (6 uşaq anasıdır). Qəhrəman qadın bir "Əmək veteranı" medalına müharibə illərində, ikinci medala isə müharibə başa çatdıqdan sonra layiq görülüb.