https://sputnik.az/20240508/azerbaycan-ve-ermenistan-xn-rehberlerinin-gorusunu-alqislayiriq---rf-xn-464485627.html
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü alqışlayırıq - RF XİN
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü alqışlayırıq - RF XİN
Sputnik Azərbaycan
Zaxarovanın sözlərinə görə, Putinin vəzifəyə başlaması ilə Rusiya Federasiyası ilə ÇXR arasında münasibətlər daha yaxşı perspektivlərə malik olacaq. 08.05.2024, Sputnik Azərbaycan
2024-05-08T16:56+0400
2024-05-08T16:56+0400
2024-05-08T16:57+0400
rusiya
siyasət
rusiya xin
rusiya xarici işlər nazirliyi
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
mariya zaxarova
mariya zaxarova
azərbaycan
azərbaycan
azərbaycan xin
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_0:0:3640:2048_1920x0_80_0_0_2c693dd1c0c0c79ea4c1e5f8437ee984.jpg
BAKI, 8 may — Sputnik. Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçirilməsi planlaşdırılan görüşünü alqışlayır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. Zaxarova onu da bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Çinə gözlənilən səfəri Moskva ilə Pekin arasında münasibətlərin xüsusi xarakterini vurğulayır: "Tezliklə Rusiya Federasiyasının Prezidenti ÇXR-ə dövlət səfəri edəcək və bu, onun andiçmə mərasimindən sonra ilk xarici səfəri olacaq. Çin lideri yenidən sədr seçildikdən sonra ilk xarici səfəri üçün ölkəmizi seçdi. Bu, Rusiya-Çin tərəfdaşlığının xüsusi mahiyyətinin, iki ölkə liderinin yüksək şəxsi diqqətinin bariz sübutudur, onlar arasında intensiv işgüzar əlaqələr saxlanılır, yaxşı şəxsi dostluq yaranıb". "Şübhəsiz ki, beynəlxalq vəziyyətdə mövcud tektonik dəyişikliklər, Qərb dövlətlərinin ölkələrimizin davamlı inkişafına mane olmaq cəhdləri ilə müşayiət olunan şəraitdə Rusiya və Çin bütün xarici çağırışlara və təhdidlərə qarşı çiyin-çiyinə durmağa davam edəcəklər. Bu, onlara həm ikitərəfli əməkdaşlıq, həm də qlobal idarəetmə sahəsində ümumi problemləri uğurla həll etməyə imkan verəcək", - Zaxarova əlavə edib. Onun sözlərinə görə, Putinin vəzifəyə başlaması ilə Rusiya Federasiyası ilə ÇXR arasında münasibətlər daha yaxşı perspektivlərə malik olacaq. "Putinin yenidən seçilməsi ilə Moskva və Pekin arasında strateji qarşılıqlı əlaqələrin hərtərəfli gücləndirilməsi xəttinin davamlılığı təsdiqləndi", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb. Putin beşinci dəfə Rusiya prezidenti vəzifəsinin icrasına başlayıb. Onun yeni prezidentlik müddəti ilə bağlı andiçmə mərasimi mayın 7-də baş tutub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin yeni prezidentlik dövründə ilk səfərini Çinə edəcək.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_370:0:3101:2048_1920x0_80_0_0_2e89c8729993d0d753d3d95fe89af791.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, rusiya xin, rusiya xarici işlər nazirliyi, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, mariya zaxarova, azərbaycan, azərbaycan, azərbaycan xin, ermənistan xin
rusiya, rusiya xin, rusiya xarici işlər nazirliyi, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, mariya zaxarova, azərbaycan, azərbaycan, azərbaycan xin, ermənistan xin
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü alqışlayırıq - RF XİN
16:56 08.05.2024 (Yenilənib: 16:57 08.05.2024) Zaxarovanın sözlərinə görə, Putinin vəzifəyə başlaması ilə Rusiya Federasiyası ilə ÇXR arasında münasibətlər daha yaxşı perspektivlərə malik olacaq.
BAKI, 8 may — Sputnik. Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçirilməsi planlaşdırılan görüşünü alqışlayır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Zaxarova onu da bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Çinə gözlənilən səfəri Moskva ilə Pekin arasında münasibətlərin xüsusi xarakterini vurğulayır:
"Tezliklə Rusiya Federasiyasının Prezidenti ÇXR-ə dövlət səfəri edəcək və bu, onun andiçmə mərasimindən sonra ilk xarici səfəri olacaq. Çin lideri yenidən sədr seçildikdən sonra ilk xarici səfəri üçün ölkəmizi seçdi. Bu, Rusiya-Çin tərəfdaşlığının xüsusi mahiyyətinin, iki ölkə liderinin yüksək şəxsi diqqətinin bariz sübutudur, onlar arasında intensiv işgüzar əlaqələr saxlanılır, yaxşı şəxsi dostluq yaranıb".
"Şübhəsiz ki, beynəlxalq vəziyyətdə mövcud tektonik dəyişikliklər, Qərb dövlətlərinin ölkələrimizin davamlı inkişafına mane olmaq cəhdləri ilə müşayiət olunan şəraitdə Rusiya və Çin bütün xarici çağırışlara və təhdidlərə qarşı çiyin-çiyinə durmağa davam edəcəklər. Bu, onlara həm ikitərəfli əməkdaşlıq, həm də qlobal idarəetmə sahəsində ümumi problemləri uğurla həll etməyə imkan verəcək", - Zaxarova əlavə edib.
Onun sözlərinə görə, Putinin vəzifəyə başlaması ilə Rusiya Federasiyası ilə ÇXR arasında münasibətlər daha yaxşı perspektivlərə malik olacaq.
"Putinin yenidən seçilməsi ilə Moskva və Pekin arasında strateji qarşılıqlı əlaqələrin hərtərəfli gücləndirilməsi xəttinin davamlılığı təsdiqləndi", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.
Putin beşinci dəfə Rusiya prezidenti vəzifəsinin icrasına başlayıb. Onun yeni prezidentlik müddəti ilə bağlı andiçmə mərasimi mayın 7-də baş tutub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin yeni prezidentlik dövründə ilk səfərini Çinə edəcək.