Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tərtərdə məktəblilər arasında dava ölümlə nəticələndi: Təfərrüatlar

© Sputnik / Ilham MustafayevPPX avtomobili
PPX avtomobili - Sputnik Azərbaycan, 1920, 07.05.2024
Abunə olmaq
İki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan biri huşunu itirib və aparıldığı xəstəxanada ölüb.
BAKI, 7 may — Sputnik. Tərtərdə mayın 6-da iki məktəbli arasında davadan sonra ölüm faktı ilə əlaqədar cinayət işi başlanılıb.
Sputnik Azərbaycan-a Baş prokurorluqdan daxil olan məlumata əsasən, iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan biri huşunu itirib və aparıldığı xəstəxanada ölüb.
Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.
***
Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticələnib. Hadisə Tərtər şəhər 2 saylı orta məktəbinin qarşısında qeydə alınıb.
9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı onlardan biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan məktəbli Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Tərtər şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova Sputnik Azərbaycan-a məktəblinin ölümünün təfərrüatları barədə məlumat verib. O bildirib ki, məktəbin 9-cu sinif şagirdi Əliyev Aslan Mahir oğlu ikinci dərsdən sonra tənəffüs zamanı nəzarətçidən yayınaraq məktəbdən çıxıb. Bundan sonra onun ölüm xəbəri gəlib.
"Şagird tənəffüs zamanı ikinci dərsdən sonra məktəbdən çıxaraq məktəbə bitişik tikilmiş şəhid bulağına gedib. Həmin bulaqla məktəbin ara məsafəsi çox azdır. Deyilənə görə, başqa məktəbin şagirdi də onun yanında olub. Onlar digər məktəbin uşaqları ilə birgə futbol oynamağa gedəsi imişlər. Amma şagirdin döyüldüyünü görən olmayıb. Onun orada hansı şəraitdə öldüyü istintaq orqanları tərəfindən araşdırılır. Şagirdin telefonu da istintaq orqanları tərəfindən götürülüb. Hazırda onun döyülərək, yaxud sağlamlığında yaranmış problem üzündən öldüyü araşdırılır" - məktəb direktoru bildirib.
G.Əkbərova onu da bildirib ki, Aslan zəif oxuyan şagird olsa da, təbiətcə sakit və tərbiyəli olub.
Qeyd edək ki, mayın 2-də Gəncə şəhər 17 nömrəli tam orta məktəbin şagirdləri arasında dərsdən sonra məktəb binasından kənarda insident (şagirdlərin bir-birinə xəsarət yetirməsi) yaşanıb.
Xəbər lenti
0