https://sputnik.az/20240507/saxta-ickiler-azerbaycani-buruyub-nezaret-niye-yoxdur-deputatdan-qalmaqalli-aciqlama-464442711.html
Saxta içkilər Azərbaycanı bürüyüb, nəzarət niyə yoxdur? Deputatdan qalmaqallı açıqlama
Saxta içkilər Azərbaycanı bürüyüb, nəzarət niyə yoxdur? Deputatdan qalmaqallı açıqlama
Sputnik Azərbaycan
Deputatın sözlərinə görə, həmin araqların qiyməti də təxminən 3-6 manatdır. Hamı da görür ki, bu saxta araqdır. Az maaş alanlar da həmin araqları alır və... 07.05.2024, Sputnik Azərbaycan
2024-05-07T18:45+0400
2024-05-07T18:45+0400
2024-05-07T18:45+0400
sabir rüstəmxanlı
cəmiyyət
şimali qafqaz
qida təhlükəsizliyi agentliyi
https://cdnn1.img.sputnik.az/img/41730/42/417304224_0:208:2000:1333_1920x0_80_0_0_61b9b74696ee805da728718a6b67e094.jpg
BAKI, 7 may — Sputnik. "Bu gün rayon yollarında boş sahələrdə stadion boyda supermarketlər inşa edilir. Supermarketlərə daxil olarkən yüzlərlə müxtəlif əndrabadi adda araq növləri satılır. Halbuki hamısı Azərbaycan sexlərində qeyri-qanuni yollarla istehsal edilir və yalnız üzərində dəbdəli adlar yazılır". Bunu deputat Sabir Rüstəmxanlı parlamentin mayın 7-də keçirilən plenar iclasında "Tütün və tütün məmulatı haqqında" və "Qida təhlükəsizliyi haqqında" qanunlara təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, həmin araqların qiyməti də təxminən 3-6 manatdır: "Hamı da görür ki, bu saxta araqdır. Az maaş alanlar da həmin araqları alır və nəticədə kütləvi zəhərlənmə baş verir". "Ümumiyyətlə saxta içkiləri kim buraxır, niyə nəzarət yoxdur? Hansı ki, hər ad bir lisenziyadır. Əgər Azərbaycan bu qədər araq istehsal edirsə, niyə kənara çıxa bilmirik?! Vaxtı ilə ölkəmizin Ağdam şərabı Rusiyanın hər bölgəsində satılırdı. Azərbaycan şərabları bu gün də var. Ən yaxın əlaqədə olduğumuz Şimali Qafqazda ancaq gürcü, erməni içkiləri görürük. Amma Azərbaycan istehsalı olan içkilər tapılmır. Halbuki Azərbaycan pulu hesabına oradakı sanotoriyalar özünü saxlayır. İdxal yoxdursa, deməli ya keyfiyyət aşağıdır, ya da işi qura bilməmişik" - deputat əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41730/42/417304224_223:0:2000:1333_1920x0_80_0_0_149bc34efd1193dd22bc60355928b3e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sabir rüstəmxanlı, şimali qafqaz, qida təhlükəsizliyi agentliyi
sabir rüstəmxanlı, şimali qafqaz, qida təhlükəsizliyi agentliyi
Saxta içkilər Azərbaycanı bürüyüb, nəzarət niyə yoxdur? Deputatdan qalmaqallı açıqlama
Deputatın sözlərinə görə, həmin araqların qiyməti də təxminən 3-6 manatdır. Hamı da görür ki, bu saxta araqdır. Az maaş alanlar da həmin araqları alır və nəticədə kütləvi zəhərlənmə baş verir.
BAKI, 7 may — Sputnik. "Bu gün rayon yollarında boş sahələrdə stadion boyda supermarketlər inşa edilir. Supermarketlərə daxil olarkən yüzlərlə müxtəlif əndrabadi adda araq növləri satılır. Halbuki hamısı Azərbaycan sexlərində qeyri-qanuni yollarla istehsal edilir və yalnız üzərində dəbdəli adlar yazılır".
Bunu deputat Sabir Rüstəmxanlı parlamentin mayın 7-də keçirilən plenar iclasında "Tütün və tütün məmulatı haqqında" və "Qida təhlükəsizliyi haqqında" qanunlara təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, həmin araqların qiyməti də təxminən 3-6 manatdır: "Hamı da görür ki, bu saxta araqdır. Az maaş alanlar da həmin araqları alır və nəticədə kütləvi zəhərlənmə baş verir".
"Ümumiyyətlə saxta içkiləri kim buraxır, niyə nəzarət yoxdur? Hansı ki, hər ad bir lisenziyadır. Əgər Azərbaycan bu qədər araq istehsal edirsə, niyə kənara çıxa bilmirik?! Vaxtı ilə ölkəmizin Ağdam şərabı Rusiyanın hər bölgəsində satılırdı. Azərbaycan şərabları bu gün də var. Ən yaxın əlaqədə olduğumuz Şimali Qafqazda ancaq gürcü, erməni içkiləri görürük. Amma Azərbaycan istehsalı olan içkilər tapılmır. Halbuki Azərbaycan pulu hesabına oradakı sanotoriyalar özünü saxlayır. İdxal yoxdursa, deməli ya keyfiyyət aşağıdır, ya da işi qura bilməmişik" - deputat əlavə edib.