Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Regional layihələrin çulğalaşması və yükdaşıma artımı - AİB "Şimal-Cənub"u dəyərləndirib

© iStock.com / IstimagesXəritə
Xəritə - Sputnik Azərbaycan, 1920, 07.05.2024
Abunə olmaq
"Şimal-Cənub" BND ilə daşınmaların stimullaşdırılması üçün tranzit ölkələr infrastrukturdan istifadəyə görə vahid aşağı tariflərlə konteyner daşınmalarına güzəştlər tətbiq edirlər.
BAKI, 7 may — Sputnik. 2023-cü ildə 650 milyon tondan çox olan beynəlxalq yük daşımalarının ümumi həcminin 3 faizi və ya 19 milyon tonu "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin (BND) payına düşüb. Bu barədə Avrasiya İnkişaf Bankının (AİB) "Avrasiya infrastrukturu: qısamüddətli və ortamüddətli trendlər" hesabatında deyilir.
Eyni zamanda, AİB-nin məlumatına görə, "Şimal-Cənub" marşrutu üzrə yükdaşımalar son bir ildə 38% artıb.
Hesabatda bildirilir ki, ötən il ərzində Mərkəzi Asiyada daha geniş nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində təşəbbüslərin sayı kəskin artıb.

"Mərkəzi Avrasiya dəhlizinin və Transxəzər beynəlxalq nəqliyyat marşrutu (TBNM/Orta dəhliz) olan TRASEKA beynəlxalq nəqliyyat dəhlizinin (BND) daxil olduğu ənənəvi "Şərq-Qərb" nəqliyyat marşrutları xüsusilə diqqət mərkəzindədir. Onların inkişafına bütün əsas oyunçular Rusiya, Çin, İran, Hindistan, Türkiyə, Pakistan, Avropa ölkələri və ABŞ - maraq göstərir" - AİB-nin hesabatında deyilir.

2023-cü ildə "Şimal-Cənub" BND Avrasiya nəqliyyat dəhlizlərinin yeni quruluşunda xüsusi yer tutub.
© Sputnik / Elnur Salayevİnfoqrafika: “Şimal-Cənub” Rəşt-Astara nəqliyyat dəhlizinin dəmir yolu hissəsi
İnfoqrafika: “Şimal-Cənub” Rəşt-Astara nəqliyyat dəhlizinin dəmir yolu hissəsi - Sputnik Azərbaycan, 1920, 06.05.2024
İnfoqrafika: “Şimal-Cənub” Rəşt-Astara nəqliyyat dəhlizinin dəmir yolu hissəsi
"Cari il ərzində "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutu üzrə dəmir yolunun son zəruri hissəsinin (İranda Rəşt-Astara hissəsi) tikintisinin tamamlanması üçün 1,6 milyard avro dəyərində sazişlər imzalanıb. Bu layihənin icrasına 2024-cü ildə başlanmalıdır. İşlərin başa çatdırılması isə 2027-ci ilə nəzərdə tutulur" - AİB-nin 2027-ci il üçün hesabatında deyilir.
Bundan əlavə, "Şimal-Cənub" layihəsi çərçivəsində Olya, Aktau, Kurık və digər dəniz limanlarının imkanlarının genişləndirilməsi layihələri həyata keçirilir. Xüsusi iqtisadi zonalar birliyinin yaradılması istiqamətində də işlər aparılır. Daşımaları stimullaşdırmaq üçün tranzit ölkələr infrastrukturdan istifadə üçün vahid aşağı tariflərlə konteyner daşınmasına güzəştlər tətbiq edirlər.
Hesabatda həmçinin göstərilir ki, 2030-cu ilə qədər "Şimal-Cənub" BND-nin yükdaşımalarının həcmini 30 milyon ton və daha çox artırmaq potensialı var.
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşıma dinamik inkişaf edir. Həcmlər beynəlxalq nəqliyyatın digər istiqamətlərindən hələ də aşağıdır, lakin artım üçün böyük potensiala malikdir. 2022-ci ildə daşımaların həcmi təxminən 16 milyon ton təşkil edib, 2023-cü ildə 19 milyon ton qiymətləndirilir. Dinamika bütün gözləntiləri əhəmiyyətli dərəcədə üstələyir" - AİB-nin məlumatlarında qeyd olunur.
"Şimal-Cənub" BND Avrasiya marşrutlarının yenidən qurulması planlarının həyata keçirilməsində müstəsna əhəmiyyətə malikdir. Bu dəhliz Avrasiya İqtisadi İttifaqının (Aİİ) şimal-qərb hissəsini Mərkəzi Asiya dövlətləri, Fars körfəzi regionu və Hind okeanı ölkələri ilə birləşdirən inteqrasiya olunmuş nəqliyyat marşrutudur.
BND infrastrukturu nəqliyyat marşrutlarının çevikliyini və müxtəlifliyini təmin edir, eyni zamanda beynəlxalq ticarətin asanlaşmasına və əlaqəndirdiyi regionlar arasında əməkdaşlığın inkişafına töhfə verir.
© Sputnik / Sergey Subbotin / Mediabanka keçid“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Rusiya hissəsi
Российский участок международного транспортного коридора Север-Юг - Sputnik Azərbaycan, 1920, 06.05.2024
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Rusiya hissəsi
"Şimal-Cənub"un digər marşrutlarla çuğdalaşması
Hesabatda göstərilir ki, 2023-cü il ərzində Mərkəzi Asiya ilə "Şimal-Cənub" BND arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün müxtəlif variantlar təklif edilib. Bir tərəfdən Belarus, Rusiya, Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistanı birləşdirən yeni dəhlizin yaradılması imkanları nəzərdən keçirilir.
Digər tərəfdən, Qırğızıstan, Rusiya, Türkmənistan və Özbəkistan Mərkəzi Asiya ilə Rusiya arasında multimodal Cənub nəqliyyat dəhliz layihəsinin yaradılması barədə razılığa gəliblər.

"Marşrut Qırğızıstanın cənubundan Özbəkistana, oradan Türkmənistana, Xəzər dənizindəki Türkmənbaşı limanına, daha sonra isə şimaldan Həştərxana istiqamətlənəcək. Mərkəzi Asiya regionunun yük axınının bir hissəsinin "Şimal-Cənub" BND marşrutu üzrə Həştərxan limanına istiqamətləndirilməsi planlaşdırılır" - nəşrdə qeyd olunub.

"Şimal-Cənub" BND-nin unikal istiqaməti şərqdən qərbə uzanan digər qlobal və regional nəqliyyat dəhlizləri ilə çuğdalaşması üçün imkanlar yaradır: Avrasiyanın Trans-Sibir magistralı və onun tərkib hissəsi olan dəmir yolu dəhlizləri, həmçinin Avropa-Qərbi Çin beynəlxalq nəqliyyat marşrutu; Çin və Mərkəzi Asiya regionunu Mərkəzi və Şərqi Avropa ölkələri ilə birləşdirən dəhlizlər; TRASEKA BND və onun istiqaməti boyunca keçən beynəlxalq Lazirit nəqliyyat dəhlizi (Lapis Lazuli), Qara dəniz-Xəzər dənizi beynəlxalq marşrutu; Cənub-Şərqi Asiya ölkələrini Hindistan, Pakistan, İran və Türkiyə ilə birləşdirən Avrasiyanın "Cənub" nəqliyyat dəhlizi (hazırda yalnız İran və Türkiyə arasındakı hissələrdə fəaliyyət göstərir, Pakistan və İran arasında olan hissələrdə isə daha az intensiv fəaliyyət göstərir).
Hesabatda deyilir ki, kombinasiya edilmiş çuğdalaşmanın geniş mozaikası Avrasiya məkanında müxtəlif ölkələr arasında yüklərin çatdırılması üçün geniş imkanlar yaradır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0