DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Rusiyaya gedəcəyini təsdiqlədi

© Sputnik / Асатур ЕсаянцNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 07.05.2024
Abunə olmaq
Ermənistan baş naziri deyib ki, problemlər Ermənistan-Rusiya dostluq münasibətləri kontekstindən neqativ məqamları aradan qaldırmaq üçün səsləndirilib.
BAKI, 7 may — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Aİİ sammitində iştirak etmək üçün Moskvaya gedəcəyini təsdiqləyib. Bu barədə o bu gün İrəvanda keçirilən mətbuat konfransında deyib.
"Sabah mən Ali Avrasiya İqtisadi Şurasının iclasına sədrlik etmək üçün Moskvaya gedəcəyəm və Rusiya Federasiyasının prezidenti ilə ikitərəfli görüş keçirəcəyəm" - Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan-Rusiya ikitərəfli gündəliyi müxtəlifdir.
"Çoxlu problemlər var ki, onları sadəcə səsləndirmək üçün deyil, Ermənistan-Rusiya dostluq münasibətləri kontekstindən neqativ məqamları aradan qaldırmaq üçün ifadə edilib" - Paşinyan bildirib.
Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Kreml mayın 8-də Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşə böyük əhəmiyyət verir.
Paşinyan Moskvaya Avrasiya İqtisadi İttifaqının yubiley sammitinə gələcək. Həmin gün Ermənistanın baş naziri ilə Rusiya Federasiyasının prezidenti arasında ikitərəfli görüş olacaq.
Xəbər lenti
0