DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan: Ermənistanın milli təhlükəsizlik strategiyasına yenidən baxılmalıdır

© Sputnik / Евгений Биятов / Mediabanka keçidNikol Paşinyan, arxiv şəkli
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.05.2024
Abunə olmaq
Erməınistanın Baş naziri hesab edir ki, ölkənin təhlükəsizliyini xarici əlaqələrin şaxələndirilməsi, ordu islahatları, hərtərəfli müdafiə və təhlükəsizlik sisteminin tətbiqi ilə təmin etmək olar.
BAKI, 7 may — Sputnik. Ermənistanın milli təhlükəsizlik strategiyasına yenidən baxılması vacibdir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
"Davam edən proseslər bizi belə bir qənaətə gətirdi ki, Ermənistanın inkişaf strategiyasına bu baxımdan yenidən baxılmalıdır. Hesab edirəm ki, milli təhlükəsizlik strategiyasına da yenidən baxılmalıdır və bu təftiş prosesi də iş səviyyəsi artıq başlayıb" - Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan Respublikasının mövcudluğunun mənası tarixi ədalətə və ya milli gündəmlərə xidmət etməməli, Ermənistan Respublikası vətəndaşlarının azadlıqlarını, xoşbəxtliyini və rifahını təmin etmək olmalıdır.
Paşinyan həmçinin hesab edir ki, ölkənin təhlükəsizliyini xarici əlaqələrin şaxələndirilməsi, ordu islahatları, hərtərəfli müdafiə və təhlükəsizlik sisteminin tətbiqi ilə təmin etmək olar.
Xəbər lenti
0