https://sputnik.az/20240507/azerbaycan-ve-slovakiya-strateji-terefdasliq-haqqinda-birge-beyanname-imzalaya-biler-464434409.html
Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalaya bilər
Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalaya bilər
Sputnik Azərbaycan
Mikayıl Cabbarov bildirib ki, ötən illər ərzində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm səylər göstərilib 07.05.2024, Sputnik Azərbaycan
2024-05-07T10:24+0400
2024-05-07T10:24+0400
2024-05-07T10:37+0400
iqtisadiyyat
azərbaycan
slovakiya
https://cdnn1.img.sputnik.az/img/42296/39/422963995_0:320:3072:2048_1920x0_80_0_0_1377339c4f5263f86daa0e1ddfd39a1e.jpg
BAKI, 7 may — Sputnik. Bu gün Bakıda Azərbaycan-Slovakiya Biznes Forumu keçirilir. Forumda Azərbaycan və Slovakiyanın iqtisadiyyat nazirləri Mikayıl Cabbarov və Denisa Sakova iştirak edirlər. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Slovakiya Biznes Forumunda deyib ki, hazırda Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması nəzərdən keçirilir. Nazir vurğulayıb ki, ötən illər ərzində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm səylər göstərilib:Nazir qeyd edib ki, bu saziş iki ölkə arasında iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin yaradıb. Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova isə bildirib ki, Azərbaycan ilə Slovakiya arasında ikitərəfli əlaqələr, o cümlədən iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir:"Çox şadam ki, ölkələrimiz arasında münasibətlər belə sürətlə inkişaf edir". Nazirin sözlərinə görə, Slovakiyada Azərbaycanın iqtisadi artımı fəal şəkildə izlənilir:D.Sakova ticarət əlaqələrinin möhkəmlənməsinin bu yaxınlarda, yəni aprelin əvvəlində qüvvəyə minmiş ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlə də təsdiqləndiyini, investisiyaların qorunması sazişi üzrə danışıqların hazırlığın son mərhələsində olduğunu vurğulayıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42296/39/422963995_271:0:3002:2048_1920x0_80_0_0_f9f0de39cf79bb4c06f93f24f33e2d71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, slovakiya
Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalaya bilər
10:24 07.05.2024 (Yenilənib: 10:37 07.05.2024) Mikayıl Cabbarov bildirib ki, ötən illər ərzində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm səylər göstərilib
BAKI, 7 may — Sputnik. Bu gün Bakıda Azərbaycan-Slovakiya Biznes Forumu keçirilir. Forumda Azərbaycan və Slovakiyanın iqtisadiyyat nazirləri Mikayıl Cabbarov və Denisa Sakova iştirak edirlər.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Slovakiya Biznes Forumunda deyib ki, hazırda Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması nəzərdən keçirilir.
Nazir vurğulayıb ki, ötən illər ərzində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm səylər göstərilib:
"Bizim hüquqi bazamız genişlənib, ölkələrimiz arasında 11 sənəd imzalanıb. 2021-ci ilin oktyabrında iki ölkə arasında sənaye, tikinti, nəqliyyat, logistika, investisiyaların təşviqi, enerji və digər sahələri əhatə edən "Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş" imzalanıb".
Nazir qeyd edib ki, bu saziş iki ölkə arasında iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin yaradıb.
Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova isə bildirib ki, Azərbaycan ilə Slovakiya arasında ikitərəfli əlaqələr, o cümlədən iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir:
"Çox şadam ki, ölkələrimiz arasında münasibətlər belə sürətlə inkişaf edir".
Nazirin sözlərinə görə, Slovakiyada Azərbaycanın iqtisadi artımı fəal şəkildə izlənilir:
"Azərbaycanın regional ticarət tərəfdaşımız kimi inkişaf strategiyası ildən-ilə möhkəmlənir".
D.Sakova ticarət əlaqələrinin möhkəmlənməsinin bu yaxınlarda, yəni aprelin əvvəlində qüvvəyə minmiş ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlə də təsdiqləndiyini, investisiyaların qorunması sazişi üzrə danışıqların hazırlığın son mərhələsində olduğunu vurğulayıb.