CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kruiz səyahətlərinin marşrutu necə olacaq?

© AFP 2024 / ADRIAN DENNISKruiz səyahət
Kruiz səyahət - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Abunə olmaq
Ceyhun Aşurov bildirib ki, turistlər kruiz vasitəsilə bir nöqtədən çıxmaqla bir neçə Xəzəryanı ölkələri də ziyarət etmə imkanı əldə edə bilərlər.
BAKI, 6 may — Sputnik. "Xəzər hövzəsində kruiz səyahətləri ilə bağlı layihə Rusiyanın olduğundan, ətraflı məlumatı da bu ölkədən ala bilərsiniz".
Bu barədə Sputnik Azərbaycan-ın kruiz səyahətləri ilə bağlı sorğusuna cavabda Dövlət Turizm Agentliyindən (DTA) verilmiş cavabda bildirilib.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov dünən mətbuata açıqlamasında bildirib ki, kruiz səyahətləri ilə bağlı Xəzər hövzəsi ölkələri ilə birgə fəaliyyətlər davam etdirilir. O, hazırda bu imkanların dəyərləndirildiyini deyib:
"Bir neçə real təklif var. Amma burda infrastruktur və digər məsələlər də öz həllini tapmalıdır ki, turlar normal qaydada təşkil edilsin. Hazırda bununla bağlı işlər gedir, amma dəqiq tarix və yekun məsələ ilə bağlı hələ ki, məlumat verə bilmirik".
© AFP 2024 / SAMIR ALIYEVXəzər
Вид на Каспийское море с бакинского бульвара, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.05.2024
Xəzər
"Mosturflot" kruiz şirkətinin turizm üzrə baş direktorunun müavini Svetlana Qonçarova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Xəzər dənizində kruiz gəmiçiliyi layihəsinin konkret nə vaxt həyata keçiriləcəyi barədə heç nə deyə bilməz. Onun sözlərinə görə, buna səbəb gəminin hələ də istifadəyə verilməməsidir.
Turizm üzrə ekspert Ceyhun Aşurov Sputnik Azərbaycan-a bildirib ki, Xəzər hövzəsində olan ölkələrlə kruiz səyahətlərinin keçirilməsi çox maraqlı layihədir. Onun sözlərinə görə, bu 2016-cı ildə qəbul olunmuş "Turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə öz əksini tapmışdı. Həmsöhbətimiz deyib ki, turizm sektorunda nə qədər çeşidli turizm məhsullar təqdim edə biləriksə, bir o qədər də çox turist cəlb edə bilərik.
"Kruizlər həmçinin Xəzər hövzələrində olan ölkələrin vətəndaşlarının bir-birinə daha sıx gedib-gəlməsini təmin edər. Bu ölkələrin əksəriyyətində viza tələbi yoxdur. Bu da səyahətlərin aktivləşməsinə səbəb ola bilər. Kruiz səyahətləri gələcəkdə Xəzər hövzəsində olan ölkələrdən Azərbaycana turist axının artmasına da təkan verəcək kruiz səyahət kimi də çox maraqlıdır. Turistlər kruiz vasitəsilə bir nöqtədən çıxmaqla bir neçə Xəzəryanı ölkələri də ziyarət etmə imkanı əldə edə bilərlər" - Ceyhun Aşurov bildirib.
© Sputnik / Nigar IskanderovaCeyhun Aşurov
Ceyhun Aşurov - Sputnik Azərbaycan, 1920, 04.05.2024
Ceyhun Aşurov
Qeyd edək ki, bir müddət öncə "Rosturizm"in rəhbəri Zarina Doğuzova Xəzər İqtisadi Forumunda çıxışı zamanı bildirmişdi ki, Xəzər dənizində ilk kruiz 2024-cü ilin yazında planlaşdırılır. Xəzər dənizində kruiz gəmiçiliyinə 2024-cü ilin yazında, yeni "Böyük Pyotr" motor gəmisi buraxıldıqdan sonra start veriləcək.

"Xəzər dənizi akvatoriyasında turizm gəmiçiliyinin ən yaxın tarixində heç vaxt Həştərxan gəmiqayırma zavodlarında "Böyük Pyotr" gəmisi tikilməyib və 2024-cü ildən etibarən, naviqasiya dövrünün başlanğıcından, yazın əvvəlindən başlayaraq, Xəzər dənizi tarixində ilk dəfə olaraq, kruiz gəmiçiliyinə başlayacağıq" - Doğuzova bildirib.

İdarə rəisi Xəzər dənizinin turizm cəlbedici regionlarını birləşdirəcək regionlarda və sərhədyanı ölkələrdə nəqliyyat logistikasının inkişaf etdirilməsinin zəruriliyini də qeyd edib. O, xüsusən də Bakı ilə Dərbənd arasında birbaşa aviareysin olmamasından danışıb.
"Biz həm hava, həm də dəmir yolu baxımından nəqliyyat əlaqələrini artırmalıyıq... Biz burada böyük potensial görürük, çünki rahat logistika bu və ya digər istiqamətə səyahət etmək qərarına gələn amillərdən biridir" - o əlavə edib.
Doğuzovanın sözlərinə görə, Xəzər dənizində inkişaf etdirilməli olan digər sahə turizm infrastrukturu, o cümlədən çimərlik istirahətinin inkişafıdır. O xatırladıb ki, Dağıstanda - Kayakent rayonunda yeni dənizkənarı kurortun tikintisi üçün artıq yer seçilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Rusiya gəmiqayırma zavodları bu Xəzər layihəsi üçün başqa gəmilər də inşa etməyə hazırdır.

O, transsərhəd kruiz marşrutunun potensial turist axınını mövsümdə 30 min nəfər olaraq qiymətləndirib. Qeyd edib ki, "Xəzər beşliyi" ölkələri sərhəd-keçid məntəqələrinin fəaliyyəti ilə bağlı danışıqları aktivləşdirməli və viza məsələlərini həll etməlidir ki, turistlər bu marşrutdan maksimum rahatlıqla istifadə edə bilsinlər. Mariya Zaxarovanın fikrincə, Xəzər dənizində transsərhəd kruiz layihəsinin həyata keçirilməsi, xarici tərəfdaşlar üçün yaxşı nümunə olacaq.
Azərtac-ın yaydığı xəbərə görə isə Rusiyada inşa edilən ilk kruiz gəmisi "Böyük Pyotr" 2024-cü ildə Xəzər və Qara dənizlərdə üzməyə başlayacaq. Xəzər kruizləri çərçivəsində gəmi Azərbaycan (Bakı), Qazaxıstan (Aktau), Türkmənistan (Türkmənbaşı) və Rusiyanın Mahaçqala limanlarına çıxış edəcək.

Qeyd olunur ki, laynerin tikintisi regionda kruiz turizmi üçün mühüm hadisə olub və Rusiya ilə Xəzəryanı ölkələr arasında turizm sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək. Böyük Pyotr laynerinin tikintisi 2016-cı ilin yayında başlayıb və 2019-cu ilin mayında istifadəyə verilib. Kruiz gəmisi təkcə Volqa boyunca deyil, həm də üç dəniz - Xəzər, Azov və Qara dənizlər boyunca marşrutlar üçün istifadə edilə bilər. Layner beşulduzlu otelə uyğun gəlir. Ümumilikdə kruiz gəmisinin 155 kabinəsi var, gəminin tutumu 310 nəfərdir.

Məlumat üçün onu da bildirək ki, dəniz səyahətləri Azərbaycan üçün turizmin inkişafının yeni istiqamətidir.
Kruiz turizmi beynəlxalq turizm bazarında sürətlə inkişaf edən ən populyar sektorlardan biridir. ABŞ, Böyük Britaniya, Norveç, İsveç, Danimarka, Finlandiya, İtaliya, Fransa, İsveçrə kimi ölkələr turizm sektorunda dəniz nəqliyyatından istifadəni genişləndirir. Yüksək komfortlu müasir gəmilər kruizlərə müştəriləri cəlb edir. Müasir gəmilərdə dəniz və çay kruizləri beşulduzlu otelin rahatlığı və xidməti ilə ən ucqar yerləri ziyarət etməyə imkan verir.
Xəbər lenti
0