https://sputnik.az/20240506/japarov-eksklavdan-kocurulenler-ucun-salinacaq-yeni-kendin-temelini-qoyub-464425322.html
Japarov eksklavdan köçürülənlər üçün salınacaq yeni kəndin təməlini qoyub
Japarov eksklavdan köçürülənlər üçün salınacaq yeni kəndin təməlini qoyub
Sputnik Azərbaycan
2022-ci ilin noyabrında Bişkekdə Qırğızıstan-Özbəkistan dövlət sərhədinin müəyyən hissələrinin delimitasiyası haqqında saziş imzalanıb. 06.05.2024, Sputnik Azərbaycan
2024-05-06T22:25+0400
2024-05-06T22:25+0400
2024-05-06T22:25+0400
qırğızıstan
dünya xəbərləri
eksklav
anklav
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0c/459542635_0:153:3101:1897_1920x0_80_0_0_3f614f757193365337baf0c12327fc40.jpg
BAKI, 6 may — Sputnik. Qırğızıstan prezidenti Sadır Japarov Özbəkistanın Barak anklavının sakinlərinin köçürülməsi üçün Oş vilayətində kəndin tikintisinə start verib. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. 2022-ci ilin noyabrında Bişkekdə Qırğızıstan-Özbəkistan dövlət sərhədinin müəyyən hissələrinin delimitasiyası haqqında saziş imzalanıb. Sənədə əsasən, eksklavın ərazisi digər torpaqların müqabilində Özbəkistana verilib. Prezident administrasiyası məlumat verib ki, yeni kənd 38 hektar ərazidə salınacaq. Baş planda 164 vətəndaş üçün yaşayış binalarının tikintisi üçün 8 sot torpaq sahəsinin ayrılması, 101 yeni evin tikintisi, həmçinin yeni kənd sakinlərinin yetkin övladlarına torpaq sahələrinin ayrılması nəzərdə tutulur. Evlərin tikintisinin avqustun 31-dək başa çatdırılması planlaşdırılır. Həmçinin sosial infrastrukturun - məktəb, idman qurğuları və tibb məntəqəsinin yaradılması nəzərdə tutulur. "Dövlət başçısı sərhəd problemlərinə baxmayaraq evlərini tərk etməyən və Barakda qalan qırğız xalqına minnətdarlığını bildirib. Prezident Sadır Japarov Yeni-Barak sakinlərini yaşadıqları yeni kəndin inkişafı üçün birgə səylər göstərməyə çağırıb və sərhədyanı kəndlərin daim ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayıb", - məlumatda bildirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0c/459542635_186:0:2917:2048_1920x0_80_0_0_23593a0a87b18c281c24ce7bbee0b404.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qırğızıstan, eksklav, anklav
qırğızıstan, eksklav, anklav
Japarov eksklavdan köçürülənlər üçün salınacaq yeni kəndin təməlini qoyub
2022-ci ilin noyabrında Bişkekdə Qırğızıstan-Özbəkistan dövlət sərhədinin müəyyən hissələrinin delimitasiyası haqqında saziş imzalanıb.
BAKI, 6 may — Sputnik. Qırğızıstan prezidenti Sadır Japarov Özbəkistanın Barak anklavının sakinlərinin köçürülməsi üçün Oş vilayətində kəndin tikintisinə start verib. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov bu gün Oş vilayətinə işgüzar səfəri çərçivəsində Qırğızıstan vətəndaşalrının iştirakı ilə yeni Janı-Barak kəndinin təməlqoyma mərasimində iştirak edib. Yeni kənddə Barak eksklavından köçürülənlər yaşayacaqlar", - nümayəndənin mətbuat xidmətindən bildirilib.
2022-ci ilin noyabrında Bişkekdə Qırğızıstan-Özbəkistan dövlət sərhədinin müəyyən hissələrinin delimitasiyası haqqında saziş imzalanıb. Sənədə əsasən, eksklavın ərazisi digər torpaqların müqabilində Özbəkistana verilib.
"Dövlət başçısı müraciətində bu hadisənin bütün qırğızıstanlılar üçün tarixi əhəmiyyətini qeyd edib. Barak kəndi Özbəkistan ərazisində yerləşən eksklav olub və onun sakinləri uzun illər qismən təcrid olunduğuna görə, ciddi çətinliklərlə üzləşiblər. Japarov vurğulayıb ki, Barak sakinlərinin Qırğızıstanın yeni ərazisinə köçürülməsi onların yaşayış şəraitinin və rifahının yaxşılaşdırılması istiqamətində mühüm addım olacaq", - mətbuat xidməti qeyd edib.
Prezident administrasiyası məlumat verib ki, yeni kənd 38 hektar ərazidə salınacaq. Baş planda 164 vətəndaş üçün yaşayış binalarının tikintisi üçün 8 sot torpaq sahəsinin ayrılması, 101 yeni evin tikintisi, həmçinin yeni kənd sakinlərinin yetkin övladlarına torpaq sahələrinin ayrılması nəzərdə tutulur. Evlərin tikintisinin avqustun 31-dək başa çatdırılması planlaşdırılır. Həmçinin sosial infrastrukturun - məktəb, idman qurğuları və tibb məntəqəsinin yaradılması nəzərdə tutulur.
"Dövlət başçısı sərhəd problemlərinə baxmayaraq evlərini tərk etməyən və Barakda qalan qırğız xalqına minnətdarlığını bildirib. Prezident Sadır Japarov Yeni-Barak sakinlərini yaşadıqları yeni kəndin inkişafı üçün birgə səylər göstərməyə çağırıb və sərhədyanı kəndlərin daim ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayıb", - məlumatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.