https://sputnik.az/20240506/bu-il-xaribulbul-festivali-susa-ve-lacinda-kecirilecek-464431297.html
Bu il "Xarıbülbül" festivalı Şuşa və Laçında keçiriləcək
Bu il "Xarıbülbül" festivalı Şuşa və Laçında keçiriləcək
Sputnik Azərbaycan
Festivalın proqramı iştirak edəcək ifaçıların zənginliyi ilə yanaşı, həm də repertuar və fərqli təqdimatlarla yadda qalacaq. 06.05.2024, Sputnik Azərbaycan
2024-05-06T21:34+0400
2024-05-06T21:34+0400
2024-05-06T21:34+0400
xarı-bülbül
mədəniyyət
beynəlxalq festival
musiqi
şuşa
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/05/09/454675517_0:52:1000:615_1920x0_80_0_0_b87268e988ab26e7bc7d51a969de2b69.jpg
BAKI, 6 may — Sputnik. Mayın 11-13-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bu il 35 yaşını qeyd edən festival Şuşa və Laçın şəhərlərində baş tutacaq. Qeyd edək ki, Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Öz növbəsində "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı da islam dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək. Builki festival iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alacaq. Festivalın proqramı iştirak edəcək ifaçıların zənginliyi ilə yanaşı, həm də repertuar və fərqli təqdimatlarla yadda qalacaq. Mayın 11-də Cıdır düzündə "Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin və "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalının açılış konserti keçiriləcək. Festival mayın 13-də Laçında davam edəcək. Həkəri çayı ətrafında qonaqlara fərqli ölkələrdən gələn ifaçıların təqdimatında konsert təqdim olunacaq. Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin il may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. 1990-cı ildən isə "Xarıbülbül" festivalı beynəlxalq status alıb. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib. Vətən müharibəsindəki tarixi zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. Bu il isə festivalın məkanı genişlənərək Laçın şəhərini də əhatə edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/09/454675517_56:0:944:666_1920x0_80_0_0_a0ead476782270a00a2adddb211f2f0c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xarı-bülbül, beynəlxalq festival, musiqi, şuşa, azərbaycan
xarı-bülbül, beynəlxalq festival, musiqi, şuşa, azərbaycan
Bu il "Xarıbülbül" festivalı Şuşa və Laçında keçiriləcək
Festivalın proqramı iştirak edəcək ifaçıların zənginliyi ilə yanaşı, həm də repertuar və fərqli təqdimatlarla yadda qalacaq.
BAKI, 6 may — Sputnik. Mayın 11-13-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bu il 35 yaşını qeyd edən festival Şuşa və Laçın şəhərlərində baş tutacaq.
Qeyd edək ki, Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Öz növbəsində "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı da islam dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək. Builki festival iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alacaq.
Festivalın proqramı iştirak edəcək ifaçıların zənginliyi ilə yanaşı, həm də repertuar və fərqli təqdimatlarla yadda qalacaq.
Mayın 11-də Cıdır düzündə "Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin və "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalının açılış konserti keçiriləcək.
Festival mayın 13-də Laçında davam edəcək. Həkəri çayı ətrafında qonaqlara fərqli ölkələrdən gələn ifaçıların təqdimatında konsert təqdim olunacaq.
Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin il may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. 1990-cı ildən isə "Xarıbülbül" festivalı beynəlxalq status alıb.
Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib.
Vətən müharibəsindəki tarixi zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. Bu il isə festivalın məkanı genişlənərək Laçın şəhərini də əhatə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.