Bayramov və Mirzoyanın Qazaxıstanda keçiriləcək görüşünün vaxtı açıqlandı
11:12 06.05.2024 (Yenilənib: 11:31 06.05.2024)
© Photo : MFA AzerbaijanAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan arasında görüşü, arxiv
© Photo : MFA Azerbaijan
Abunə olmaq
Bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla İrəvanda keçirdiyi birgə brifinqdə nazirlərin görüşünün keçiriləcəyini bildirib.
BAKI, 6 may — Sputnik. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub.
Bu barədə Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə məlumat yayıb.
📢 Announcement‼️
— Aykhan Hajizada (@Aykhanh) May 6, 2024
In accordance with previously reached agreements, negotiations between the Minister of Foreign Affairs of Azerbaijan @Bayramov_Jeyhun and Minister of Foreign Affairs of Armenia @AraratMirzoyan will be held in Almaty on 10 May 2024. pic.twitter.com/W36EZwCfW5
Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq.
Bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla İrəvanda keçirdiyi birgə brifinqdə bildirib ki, Astana İrəvan və Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır və danışıqlar üçün platforma təqdim etməyə hazırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.