Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb

© Sputnik / Murad OrujovBakıda aptekdə əczaçı
Bakıda aptekdə əczaçı - Sputnik Azərbaycan, 1920, 06.05.2024
Abunə olmaq
İtaliyanın "İndustriya Farmasyutika Qalenika Senese SR" istehsalçısına məxsus, "Aminoselekt 500 ml inyeksiya üçün məhlul" adl dərman vasitəsinin geri çağırılması barədə qərar qəbul edilib.
BAKI, 6 may — Sputnik. "Aminoselekt" dərman vasitəsinin bütün seriyaları geri çağırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Səhiyyə Nazirliyi "Analitik Ekspertiza Mərkəzi" Publik Hüquqi Şəxsinin AEM Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasında TƏBİB-in 18-1-89/2-132/2024 nömrəli müraciəti əsasında aparılan ekspertizanın nəticəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilən "Dərman vasitələrinin geri çağırılması Qaydası"na (bundan sonra Qayda) uyğun olaraq müəyyən edilib:
"Keyfiyyətinin yoxlanılması məqsədilə Mərkəzə bir neçə şəhər və rayon xəstəxanalarından təqdim edilənn, İtaliyanın "İndustriya Farmasyutika Qalenika Senese SR" istehsalçısına məxsus, "Aminoselekt 500 ml inyeksiya üçün məhlul" və "Aminoselekt 250 ml inyeksiya üçün məhlul" nümunələri üzərində aparılan laborator tədqiqatlar nəticəsində nümunələri yoxlanılan mayelərin içərisində gözlə görünən tünd rəngli hissəciklərin mövcudluğu (istehsalçı tərəfindən təqdim edilən normativ sənədin tələbinə əsasən venadaxili inyeksiya üçün nəzərdə tutulan dərman vasitəsinin içərisində mexaniki qarışıqlar və ya kənar maddə hissəcikləri mövcud olmamalıdır) müəyyən edilib. Bu səbəbdən, sözügedən dərman vasitəsinin geri çağırılma dərəcəsi 1 (Dərman vasitəsinin şəxsin həyat və sağlamlığına təhlükə yaratdığı və yarada biləcəyi hallar), dərman vasitəsinin geri çağırılma səviyyəsi isə "A" səviyyəsində (son istifadəçiyə qədər) təyin edilib", - məlumatda bildirilir.
Yuxarıda qeyd olunanlara əsasən Qaydanın 4.1.3-ci yarımbəndini rəhbər tutaraq, İtaliyanın "İndustriya Farmasyutika Qalenika Senese SR" istehsalçısına məxsus, "Aminoselekt 500 ml inyeksiya üçün məhlul" adlı, seriyası: 2300311; 2300312 və "Aminoselekt 250 ml inyeksiya üçün məhlul" adlı, seriyası: 2301012, 2301013, 2300469, 2300470 olan dərman vasitəsinin geri çağırılması barədə qərar qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0