https://sputnik.az/20240505/psixoloq-ozune-inami-artirmagin-sade-yollarini-aciqlayib-464336533.html
Psixoloq özünə inamı artırmağın sadə yollarını açıqlayıb
Psixoloq özünə inamı artırmağın sadə yollarını açıqlayıb
Sputnik Azərbaycan
Həyatının ilk illərində uşaq daim tənqidə, müqayisələrə və laqeydliyə məruz qalırsa, onda komplekslər inkişaf edə bilər. 05.05.2024, Sputnik Azərbaycan
2024-05-05T19:55+0400
2024-05-05T19:55+0400
2024-05-05T19:55+0400
psixoloq
səhiyyə
insan
inam
düşüncə
pul
xoşbəxtlik
inkişaf
valideyn
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460910906_0:78:2121:1271_1920x0_80_0_0_66f141a31d6fda1509c0c946df85b06a.jpg
BAKI, 5 may - Sputnik. İnsanın özünə inamı uşaqlıqdan formalaşmağa başlayır. Ona görə də daim tənqid olunan uşaq özünə inamsız insan kimi böyüyür. Psixoloq Svetlana Xodarevskaya bu barədə "Lenta.ru"ya danışıb. Mütəxəssis həyatınızı yaxşılaşdırmaq üçün özünə inamı artırmağın sadə yollarını açıqlayıb. Xodarevskaya izah edib ki, özünə inam valideynlərin, həmyaşıdların və müəllimlərin münasibətindən təsirlənir. Həyatının ilk illərində uşaq daim tənqidə, müqayisələrə və laqeydliyə məruz qalırsa, onda komplekslər inkişaf edə bilər. Ancaq özünüzü başqaları ilə müqayisə etməyi dayandırsanız, bu problemi həll edə bilərsiniz. "İnsan öz fərdiliyinə hörmət etməli, güclü və zəif tərəflərini tanımağı öyrənməlidir. Özünüzü bütün güclü və zəif tərəflərinizlə qəbul etmək də vacibdir", - Xodarevskaya qeyd edib. Psixoloq əlavə edib ki, başqalarının xeyrinə fədakarlıqdan imtina etmək də özünə inamın yüksəldilməsi istiqamətində mühüm addım olacaq. Özünüzə, emosional vəziyyətinizə, bədəninizə diqqət yetirin. Başqaları haqqında düşünməyi dayandırın. Özünüzə suallar verin: "Mənə nə lazımdır?", "Mən nə istəyirəm?" və onlara verilən cavablara uyğun hərəkət edin. O, həmçinin özünə inamı aşağı olan insanlara ətraf mühiti dəyişməyi tövsiyə edib. Yaxınlıqda onu dəstəkləməyi, başa düşməyi, hətta tənqidi ifadə etməyi (amma konstruktiv şəkildə) bacaranlar olmalıdır. Nəhayət, Xodarevskaya düşüncənizi dəyişdirməyi və özünü inkişaf etdirməyə daha çox vaxt ayırmağı tövsiyə edib. "Çox oxuyun, filmlərə baxın, sizdən daha çox bilən insanlarla danışın", – o, məsləhət bilib. Daha əvvəl psixoloq Yevgeni İdzikovski çox pul olmadan xoşbəxtliyi necə tapmağın yolları barədə danışmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460910906_0:0:1885:1414_1920x0_80_0_0_a19a909cbcffbc26eb715615cb790783.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
psixoloq, insan, inam, düşüncə, pul, xoşbəxtlik, inkişaf, valideyn
psixoloq, insan, inam, düşüncə, pul, xoşbəxtlik, inkişaf, valideyn
Psixoloq özünə inamı artırmağın sadə yollarını açıqlayıb
Həyatının ilk illərində uşaq daim tənqidə, müqayisələrə və laqeydliyə məruz qalırsa, onda komplekslər inkişaf edə bilər.
BAKI, 5 may - Sputnik. İnsanın özünə inamı uşaqlıqdan formalaşmağa başlayır. Ona görə də daim tənqid olunan uşaq özünə inamsız insan kimi böyüyür.
Psixoloq Svetlana Xodarevskaya bu barədə "Lenta.ru"ya danışıb. Mütəxəssis həyatınızı yaxşılaşdırmaq üçün özünə inamı artırmağın sadə yollarını açıqlayıb.
Xodarevskaya izah edib ki, özünə inam valideynlərin, həmyaşıdların və müəllimlərin münasibətindən təsirlənir. Həyatının ilk illərində uşaq daim tənqidə, müqayisələrə və laqeydliyə məruz qalırsa, onda komplekslər inkişaf edə bilər. Ancaq özünüzü başqaları ilə müqayisə etməyi dayandırsanız, bu problemi həll edə bilərsiniz.
"İnsan öz fərdiliyinə hörmət etməli, güclü və zəif tərəflərini tanımağı öyrənməlidir. Özünüzü bütün güclü və zəif tərəflərinizlə qəbul etmək də vacibdir", - Xodarevskaya qeyd edib.
Psixoloq əlavə edib ki, başqalarının xeyrinə fədakarlıqdan imtina etmək də özünə inamın yüksəldilməsi istiqamətində mühüm addım olacaq.
Özünüzə, emosional vəziyyətinizə, bədəninizə diqqət yetirin. Başqaları haqqında düşünməyi dayandırın. Özünüzə suallar verin: "Mənə nə lazımdır?", "Mən nə istəyirəm?" və onlara verilən cavablara uyğun hərəkət edin.
O, həmçinin özünə inamı aşağı olan insanlara ətraf mühiti dəyişməyi tövsiyə edib. Yaxınlıqda onu dəstəkləməyi, başa düşməyi, hətta tənqidi ifadə etməyi (amma konstruktiv şəkildə) bacaranlar olmalıdır.
Nəhayət, Xodarevskaya düşüncənizi dəyişdirməyi və özünü inkişaf etdirməyə daha çox vaxt ayırmağı tövsiyə edib.
"Çox oxuyun, filmlərə baxın, sizdən daha çox bilən insanlarla danışın", – o, məsləhət bilib.
Daha əvvəl psixoloq Yevgeni İdzikovski çox pul olmadan xoşbəxtliyi necə tapmağın yolları barədə danışmışdı.