https://sputnik.az/20240505/peyk-sekilleri-qunduzlarin-tebietin-qorunmasina-tesirini-qiymetlendirmeye-komek-edib-464379767.html
Peyk şəkilləri qunduzların təbiətin qorunmasına təsirini qiymətləndirməyə kömək edib
Peyk şəkilləri qunduzların təbiətin qorunmasına təsirini qiymətləndirməyə kömək edib
Sputnik Azərbaycan
Qunduzların fəaliyyəti yalnız yaşıl inkişafı stimullaşdırmır, həm də quraqlığın təsirlərini yumşaldır və meşə yanğınları riskini azaldır. 05.05.2024, Sputnik Azərbaycan
2024-05-05T22:52+0400
2024-05-05T22:52+0400
2024-05-05T22:52+0400
peyk
elm
şəkil
səhra
tədqiqat
mühəndis
kosmik
agentlik
nasa
nasa
https://cdnn1.img.sputnik.az/img/07e6/02/09/438975283_0:0:3079:1733_1920x0_80_0_0_8f1b73d80ea3712d98f3810f444c60d3.jpg
BAKI, 5 may — Sputnik. ABŞ-ın Yuta ştatının Universitetinin alimləri qunduzlarınfəaliyyətini və onların təbiətin sağlamlığının qorunmasına təsirini öyrənmək üçün NASA-nın peyk şəkillərini təhlil ediblər. Mütəxəssislərin fikrincə, gəmiricilər bəndlərin tikintisi ilə ətraf mühitin yaxşılaşdırılmasına və su ilə zəngin ərazilərin yaradılmasına əvəzsiz köməklik göstəriblər. Tədqiqatın nəticələri kosmik agentliyin rəsmi saytında dərc edilib. Mütəxəssislər qeyd ediblər ki, qunduzların fəaliyyəti yalnız yaşıl inkişafı stimullaşdırmır, həm də quraqlığın təsirlərini yumşaldır və meşə yanğınları riskini azaldır. Məsələn, Aydaho ştatında 200-dən çox qunduz bəndi sayəsində çaylardan biri 40 gün sonra qurumağı dayandırıb. Nəticədə bəzi fermerlər bu heyvanları yetişdirməyə və ətraf mühitin rifahı üçün onları vəhşi təbiətə buraxmağa başlayıblar. Heyvanların fəaliyyəti BRAT (Beaver Restoration Assessment Tool, Qunduz Bərpasının Qiymətləndirilməsi Aləti) adlı onlayn platformadan istifadə etməklə izlənilir. BRAT mövcud ağaclar və digər amillər əsasında yeni bəndlər üçün uyğun yerləri göstərməkdən ötrü peyk məlumatlarından istifadə edir. Elm adamları bu məlumatı yerli təbiəti mühafizə orqanlarına və ya qunduzları lazımi yerlərə cəlb edən icma təşkilatlarına ötürürlər. Tədqiqatçılar onu da qeyd ediblər ki, qunduzlar bir çox hallarda insanlardan daha yaxşı ekosistem mühəndisləridir. Bundan əvvəl Yerin ən isti səhrasının – Atakamanın altında gizli ekosistem aşkar edildiyi barədə məlumat verilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/09/438975283_90:0:2821:2048_1920x0_80_0_0_2887970a91321af051f53881c10dfd0c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
peyk, şəkil, səhra, tədqiqat, mühəndis, kosmik, agentlik, nasa, nasa, xilas
peyk, şəkil, səhra, tədqiqat, mühəndis, kosmik, agentlik, nasa, nasa, xilas
Peyk şəkilləri qunduzların təbiətin qorunmasına təsirini qiymətləndirməyə kömək edib
Qunduzların fəaliyyəti yalnız yaşıl inkişafı stimullaşdırmır, həm də quraqlığın təsirlərini yumşaldır və meşə yanğınları riskini azaldır.
BAKI, 5 may — Sputnik. ABŞ-ın Yuta ştatının Universitetinin alimləri qunduzlarınfəaliyyətini və onların təbiətin sağlamlığının qorunmasına təsirini öyrənmək üçün NASA-nın peyk şəkillərini təhlil ediblər. Mütəxəssislərin fikrincə, gəmiricilər bəndlərin tikintisi ilə ətraf mühitin yaxşılaşdırılmasına və su ilə zəngin ərazilərin yaradılmasına əvəzsiz köməklik göstəriblər.
Tədqiqatın nəticələri kosmik agentliyin rəsmi saytında dərc edilib.
Mütəxəssislər qeyd ediblər ki, qunduzların fəaliyyəti yalnız yaşıl inkişafı stimullaşdırmır, həm də quraqlığın təsirlərini yumşaldır və meşə yanğınları riskini azaldır.
Məsələn, Aydaho ştatında 200-dən çox qunduz bəndi sayəsində çaylardan biri 40 gün sonra qurumağı dayandırıb. Nəticədə bəzi fermerlər bu heyvanları yetişdirməyə və ətraf mühitin rifahı üçün onları vəhşi təbiətə buraxmağa başlayıblar.
Heyvanların fəaliyyəti BRAT (Beaver Restoration Assessment Tool, Qunduz Bərpasının Qiymətləndirilməsi Aləti) adlı onlayn platformadan istifadə etməklə izlənilir. BRAT mövcud ağaclar və digər amillər əsasında yeni bəndlər üçün uyğun yerləri göstərməkdən ötrü peyk məlumatlarından istifadə edir. Elm adamları bu məlumatı yerli təbiəti mühafizə orqanlarına və ya qunduzları lazımi yerlərə cəlb edən icma təşkilatlarına ötürürlər.
Tədqiqatçılar onu da qeyd ediblər ki, qunduzlar bir çox hallarda insanlardan daha yaxşı ekosistem mühəndisləridir.
Bundan əvvəl Yerin ən isti səhrasının – Atakamanın altında gizli ekosistem aşkar edildiyi barədə məlumat verilmişdi.