https://sputnik.az/20240505/marsda-yuzlerle-qara-horumcek-askar-edilib-464270216.html
Marsda yüzlərlə qara “hörümçək” aşkar edilib
Marsda yüzlərlə qara “hörümçək” aşkar edilib
Sputnik Azərbaycan
AKA Marsda qara "hörümçəklərə" bənzər törəmələri yayımlayıb. 05.05.2024, Sputnik Azərbaycan
2024-05-05T12:41+0400
2024-05-05T12:41+0400
2024-05-05T12:42+0400
mars
elm
hörümçək
kosmik
agentlik
avropa
avropa
avropa
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426238975_0:0:3640:2048_1920x0_80_0_0_31aef9939fbcd66b20c4cab30bb1c9fd.jpg
BAKI, 5 may - Sputnik. Marsın səthində "hörümçəklərə" bənzər törəmələr aşkar edilib. Bununla bağlı Avropa Kosmik Agentliyi (AKA) Qırmızı Planetin fotolarını dərc edib. Bu hadisə Marsın cənub qütbündə "İnkov şəhəri" kimi tanınan ərazidə müşahidə edilib. Şəkillərdə hər tərəfə yayılan kiçik nazik zolaqları olan yüzlərlə qara ləkə görünür. Qeyd olunur ki, belə törəmələr Marsda mövsümi dəyişikliklər nəticəsində əmələ gəlir. "Bu kiçik tünd zolaqları olan törəmələr yaz günəş işığının qış aylarında yığılan karbon dioksid təbəqələrinə dəydiyində əmələ gəlirlər" - ekspertlər izah ediblər. Bu, quru buzun alt təbəqələrinin qaza çevrilməsinə səbəb olur. O, bir yerə yığılır və özü ilə birlikdə sərt səthdən tünd tozu qaldıraraq üst təbəqədə olan buzu parçalayır. Məhz bu toz planetin səthinə çökərək hörümçəyə bənzər naxış yaradır. Qara ləkələrin diametri 45 metrdən bir kilometrə qədərdir. Bu yaxınlarda Arizona Universitetinin alimləri Mars planetinin əvvəllər düşünüləndən daha çox geoloji cəhətdən aktiv olduğunu sübut ediblər. Tədqiqatçılar burada 40-dan çox vulkan püskürməsini müəyyən ediblər. Ən böyük axınlardan biri Atabaska-Valles adlanan axın kanalını təxminən 4000 kub kilometr bazaltla doldurub, digər püskürmələr isə Tserber şırımı rayonunu 10 min kub kilometrdən çox lava ilə doldurub.
avropa
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426238975_542:0:3273:2048_1920x0_80_0_0_73c5906e439d3b054c979f494ea3bcc7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mars, hörümçək, kosmik, agentlik, avropa, avropa, avropa
mars, hörümçək, kosmik, agentlik, avropa, avropa, avropa
Marsda yüzlərlə qara “hörümçək” aşkar edilib
12:41 05.05.2024 (Yenilənib: 12:42 05.05.2024) AKA Marsda qara "hörümçəklərə" bənzər törəmələri yayımlayıb.
BAKI, 5 may - Sputnik. Marsın səthində "hörümçəklərə" bənzər törəmələr aşkar edilib.
Bununla bağlı Avropa Kosmik Agentliyi (AKA) Qırmızı Planetin fotolarını dərc edib.
Bu hadisə Marsın cənub qütbündə "İnkov şəhəri" kimi tanınan ərazidə müşahidə edilib. Şəkillərdə hər tərəfə yayılan kiçik nazik zolaqları olan yüzlərlə qara ləkə görünür. Qeyd olunur ki, belə törəmələr Marsda mövsümi dəyişikliklər nəticəsində əmələ gəlir.
"Bu kiçik tünd zolaqları olan törəmələr yaz günəş işığının qış aylarında yığılan karbon dioksid təbəqələrinə dəydiyində əmələ gəlirlər" - ekspertlər izah ediblər.
Bu, quru buzun alt təbəqələrinin qaza çevrilməsinə səbəb olur. O, bir yerə yığılır və özü ilə birlikdə sərt səthdən tünd tozu qaldıraraq üst təbəqədə olan buzu parçalayır. Məhz bu toz planetin səthinə çökərək hörümçəyə bənzər naxış yaradır. Qara ləkələrin diametri 45 metrdən bir kilometrə qədərdir.
Bu yaxınlarda Arizona Universitetinin alimləri Mars planetinin əvvəllər düşünüləndən daha çox geoloji cəhətdən aktiv olduğunu sübut ediblər. Tədqiqatçılar burada 40-dan çox vulkan püskürməsini müəyyən ediblər. Ən böyük axınlardan biri Atabaska-Valles adlanan axın kanalını təxminən 4000 kub kilometr bazaltla doldurub, digər püskürmələr isə Tserber şırımı rayonunu 10 min kub kilometrdən çox lava ilə doldurub.