Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Demensiya qocalıq yaddaşsızlığından necə fərqlənir

© Depositphotos.com / Monkeybusinessqoca
qoca - Sputnik Azərbaycan, 1920, 05.05.2024
Abunə olmaq
Kindarova demensiyanın gecikdirilməsinin, hətta qarşısının alınmasının mümkün olduğunu vurğulayıb.
BAKI, 5 may — Sputnik. Yaşlı insanlar tez-tez əşyaları hara qoyduqlarını unudurlar, lakin onlarda demensiya varsa, o zaman obyektlər gözlənilməz yerlərdə tapılacaq. Demensiyadan əziyyət çəkən bir insan süpürgəni soyuducuya və ya televizorun pultunu ona heç də qəribə görünmədən mikrodalğalı sobada qoya bilər.
Bunu nevroloq Əminə Kindarova "Здоровье Mail.ru" portalına bildirib.
Kindarova eyni məlumatı təkrar-təkrar soruşmağın demensiyanın ilkin mərhələsinin başqa bir simptomu olduğunu bildirib. Mütəxəssis qeyd edib ki, xəstəliyin başqa bir təzahürü məişət cihazını necə qurmağı öyrənə bilməməkdir. Bundan əlavə, nevropatoloqun fikrincə, demensiyalı insanlar öz işlərini planlaşdırmağı bilmirlər.
Kindarova demensiyanın gecikdirilməsinin, hətta qarşısının alınmasının mümkün olduğunu vurğulayıb. Onun sözlərinə görə, oxumağa və ya işləməyə davam etsəniz, bu, 40% hallarda mümkündür. O, həmçinin düzgün qidalanma, yuxu rejimi, məşq və xroniki xəstəliklərə nəzarəti vacib komponentlər adlandırıb. Bundan əlavə, belə bir xəstəliklə qarşılaşmaq istəməyən insanlar spirt istehlakını məhdudlaşdırmalı və ya aradan qaldırmalıdırlar.
Kardioloq German Qandelman daha əvvəl bildirmişdi ki, pilləkənləri çıxıb-düşmək ürək-damar xəstəliklərindən ölüm riskini azaldır. Bundan əlavə, o, mütəmadi olaraq pilləkənləri çıxıb-düşən insanların şəkərli diabetə tutulma riskinin azaldığını bildirib.
Xəbər lenti
0