https://sputnik.az/20240505/alimler-olumcul-gobelek-epidemiyasi-ile-bagli-xeberdarliq-edibler-464312880.html
Alimlər ölümcül "göbələk epidemiyası" ilə bağlı xəbərdarlıq ediblər
Alimlər ölümcül "göbələk epidemiyası" ilə bağlı xəbərdarlıq ediblər
Sputnik Azərbaycan
Amerikalı alim növbəti pandemiyanın göbələk infeksiyasından qaynaqlana biləcəyini bildirib. 05.05.2024, Sputnik Azərbaycan
2024-05-05T23:55+0400
2024-05-05T23:55+0400
2024-05-05T23:55+0400
göbələk
səhiyyə
epidemiya
epidemiya
alimlər
infeksiya
birləşmiş ştatlar
ölüm
ölüm
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427859242_0:38:3071:1765_1920x0_80_0_0_ba4b1c20a4bcc862746e2852e0393d6b.jpg
BAKI, 5 may — Sputnik. Alimlər yaxın vaxtlarda gözlənilən ölümcül "göbələk epidemiyası" ilə bağlı xəbərdarlıq ediblər. ABŞ mediası xəbər verir ki, amerikalı bir alim növbəti pandemiyanın göbələk infeksiyasından qaynaqlana biləcəyini bildirib. Birləşmiş Ştatlarda iki nəfərin ölümünə səbəb olan bu infeksiya insanların nəfəs almasını çətinləşdirir və beyində şişə səbəb olur. Göbələk növlərinin daha isti və rütubətli yerlərdə geniş yayıldığını diqqətə çatdıran alim qeyd edib ki, iqlim dəyişikliyi bu epidemiyanı daha da sürətləndirə bilər. Alimlərin proqnozuna görə, "göbələk epidemiyası" bir neçə il ərzində davam edə bilər. Professor Yan Hennesse bildirib ki, hazırda ən təhlükəli olan "blastomikoz" adlı göbələk növüdür. Bununla yanaşı, iqlim dəyişikliyi – isti havalar və rütubətin artması fonunda histoplazmoz, vadi göbələyi kimi xəstəliklərin də epidemiyaya çevriləcəyi təhlükəsi mövcuddur. Son məlumatlara görə, ABŞ-da göbələk xəstəlikləri 2018-ci ildəki 4746-dan 2021-ci ildə 7199-a çatıb. Ötən il bu rəqəmin daha böyük olduğu ehtimal edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427859242_11:0:2742:2048_1920x0_80_0_0_b07332a9ea19d31fce24d8875b165464.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
göbələk, epidemiya, epidemiya, alimlər, infeksiya, birləşmiş ştatlar, ölüm, ölüm
göbələk, epidemiya, epidemiya, alimlər, infeksiya, birləşmiş ştatlar, ölüm, ölüm
Alimlər ölümcül "göbələk epidemiyası" ilə bağlı xəbərdarlıq ediblər
Amerikalı alim növbəti pandemiyanın göbələk infeksiyasından qaynaqlana biləcəyini bildirib.
BAKI, 5 may — Sputnik. Alimlər yaxın vaxtlarda gözlənilən ölümcül "göbələk epidemiyası" ilə bağlı xəbərdarlıq ediblər.
ABŞ mediası xəbər verir ki, amerikalı bir alim növbəti pandemiyanın göbələk infeksiyasından qaynaqlana biləcəyini bildirib. Birləşmiş Ştatlarda iki nəfərin ölümünə səbəb olan bu infeksiya insanların nəfəs almasını çətinləşdirir və beyində şişə səbəb olur. Göbələk növlərinin daha isti və rütubətli yerlərdə geniş yayıldığını diqqətə çatdıran alim qeyd edib ki, iqlim dəyişikliyi bu epidemiyanı daha da sürətləndirə bilər.
Alimlərin proqnozuna görə, "göbələk epidemiyası" bir neçə il ərzində davam edə bilər. Professor Yan Hennesse bildirib ki, hazırda ən təhlükəli olan "blastomikoz" adlı göbələk növüdür. Bununla yanaşı, iqlim dəyişikliyi – isti havalar və rütubətin artması fonunda histoplazmoz, vadi göbələyi kimi xəstəliklərin də epidemiyaya çevriləcəyi təhlükəsi mövcuddur.
Son məlumatlara görə, ABŞ-da göbələk xəstəlikləri 2018-ci ildəki 4746-dan 2021-ci ildə 7199-a çatıb. Ötən il bu rəqəmin daha böyük olduğu ehtimal edilir.