https://sputnik.az/20240504/her-gun-xurma-yemek-orqanizm-ucun-faydalidirmi-464297236.html
Hər gün xurma yemək orqanizm üçün faydalıdırmı?
Hər gün xurma yemək orqanizm üçün faydalıdırmı?
Sputnik Azərbaycan
Zəngin tərkibinə görə xurmalar bir çox faydalı xüsusiyyətlərə malikdir, lakin bəzi insanlar bu quru meyvəni öz rasionlarından xaric etməlidirlər. 04.05.2024, Sputnik Azərbaycan
2024-05-04T23:07+0400
2024-05-04T23:07+0400
2024-05-04T23:07+0400
xurma
səhiyyə
fayda
xurmanın faydaları
media
diabet
şəkərli diabet xəstəsi
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0b/463177205_0:314:3083:2048_1920x0_80_0_0_5a773123ed32df20c46a04e7afa1cf9f.jpg
BAKI, 4 may — Sputnik. Xurma çox faydalı məhsuldur, lakin ondan sui-istifadə etmək tövsiyə edilmir. Normal həyat ritmi ilə yaşayan insanlar hər gün 10-dan çox, ağır işlə məşğul olan insanlar və idmançılar isə 20-25 ədəddən çox xurma yeyə bilməzlər. Bu barədə Rusiya mediası "Rospotrebnadzor"a istinadən xəbər verib. Xurmadan sui-istifadə niyə təhlükəlidir? "Rospotrebnadzor"un məlumatına görə, çoxlu sayda yeyilən xurma şiddətli baş ağrılarına səbəb ola bilər. Həmçinin, bu quru meyvələrdən sui-istifadə dişlərin vəziyyətinə mənfi təsir göstərir: xurma çox şirin olduöu üçün kariyesin yaranmasına səbəb ola bilər. Xurmanın faydaları On ədəd xurma insanın gündəlik mis, maqnezium və kükürd ehtiyacını ödəyir. Bundan əlavə, bu məhsulun tərkibində sink, manqan, kalium, fosfor, natrium, alüminium, kadmium, kobalt, kükürd, bor, protein, yağ və 23 növ müxtəlif amin turşuları mövcuddur. Bu quru meyvələrin tərkibində A, A1, C, B1, B2, B6 vitaminləri, niasin (nikotin turşusu) və bir çox turşular var. Beləliklə, xurmanın tərkibində insanlar üçün lazım olan bütün maddələr var. Bundan əlavə, onların kalorisi azdır, buna görə diyetoloqlar adi şirniyyatlarınızı onlarla əvəz etməyi məsləhət görürlər. Zəngin tərkibinə görə xurmalar bir çox faydalı xüsusiyyətlərə malikdir. Xüsusilə, onlar xərçəng riskini azaldır, immunitet sistemini gücləndirir, ürək-damar xəstəliklərinin ehtimalını aşağı salır, beyin fəaliyyətini artırır, uzun sürən xəstəlikdən sonra gücü bərpa edir. Yalnız diabet xəstələri və fruktoza dözümsüzlüyü olan insanlar xurmanı öz rasionlarından xaric edilməlidirlər. Xora və bəzi bağırsaq xəstəliklərindən əziyyət çəkənlər bu quru meyvələrin yeyilməsini məhdudlaşdırmalıdırlar. Allergik xəstəliklərdən əziyyət çəkən insanlar isə xurmanı ehtiyatla yeməlidirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/03/0b/463177205_0:0:2732:2048_1920x0_80_0_0_cfabac85a195aa35b1bc56f05628f8f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xurma, fayda, xurmanın faydaları, media, diabet, şəkərli diabet xəstəsi
xurma, fayda, xurmanın faydaları, media, diabet, şəkərli diabet xəstəsi
Hər gün xurma yemək orqanizm üçün faydalıdırmı?
Zəngin tərkibinə görə xurmalar bir çox faydalı xüsusiyyətlərə malikdir, lakin bəzi insanlar bu quru meyvəni öz rasionlarından xaric etməlidirlər.
BAKI, 4 may — Sputnik. Xurma çox faydalı məhsuldur, lakin ondan sui-istifadə etmək tövsiyə edilmir. Normal həyat ritmi ilə yaşayan insanlar hər gün 10-dan çox, ağır işlə məşğul olan insanlar və idmançılar isə 20-25 ədəddən çox xurma yeyə bilməzlər.
Bu barədə Rusiya mediası "Rospotrebnadzor"a istinadən xəbər verib.
Xurmadan sui-istifadə niyə təhlükəlidir?
"Rospotrebnadzor"un məlumatına görə, çoxlu sayda yeyilən xurma şiddətli baş ağrılarına səbəb ola bilər. Həmçinin, bu quru meyvələrdən sui-istifadə dişlərin vəziyyətinə mənfi təsir göstərir: xurma çox şirin olduöu üçün kariyesin yaranmasına səbəb ola bilər.
On ədəd xurma insanın gündəlik mis, maqnezium və kükürd ehtiyacını ödəyir. Bundan əlavə, bu məhsulun tərkibində sink, manqan, kalium, fosfor, natrium, alüminium, kadmium, kobalt, kükürd, bor, protein, yağ və 23 növ müxtəlif amin turşuları mövcuddur. Bu quru meyvələrin tərkibində A, A1, C, B1, B2, B6 vitaminləri, niasin (nikotin turşusu) və bir çox turşular var.
Beləliklə, xurmanın tərkibində insanlar üçün lazım olan bütün maddələr var. Bundan əlavə, onların kalorisi azdır, buna görə diyetoloqlar adi şirniyyatlarınızı onlarla əvəz etməyi məsləhət görürlər.
Zəngin tərkibinə görə xurmalar bir çox faydalı xüsusiyyətlərə malikdir. Xüsusilə, onlar xərçəng riskini azaldır, immunitet sistemini gücləndirir, ürək-damar xəstəliklərinin ehtimalını aşağı salır, beyin fəaliyyətini artırır, uzun sürən xəstəlikdən sonra gücü bərpa edir.
Yalnız diabet xəstələri və fruktoza dözümsüzlüyü olan insanlar xurmanı öz rasionlarından xaric edilməlidirlər. Xora və bəzi bağırsaq xəstəliklərindən əziyyət çəkənlər bu quru meyvələrin yeyilməsini məhdudlaşdırmalıdırlar. Allergik xəstəliklərdən əziyyət çəkən insanlar isə xurmanı ehtiyatla yeməlidirlər.