https://sputnik.az/20240504/gizli-sexde-keyfiyyetsiz-yuyucu-vasiteler-hazirlayan-deste-uzvleri-saxlanilib---vdeo-464380820.html
Gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb - VİDEO
Gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb - VİDEO
Sputnik Azərbaycan
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. 04.05.2024, Sputnik Azərbaycan
2024-05-04T13:47+0400
2024-05-04T13:47+0400
2024-05-04T13:47+0400
yuyucu toz
cəmiyyət
saxta
narkotik vasitə
sex
abşeron rayonu
saray qəsəbəsi
saray qəsəbəsi
daxili işlər nazirliyi
https://cdnn1.img.sputnik.az/img/40779/72/407797272_0:191:3041:1901_1920x0_80_0_0_b1171fb61ceea4677f0ce67cf8f02237.jpg
BAKI, 4 may - Sputnik. Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Araşdırma zamanı müəyyən olunub ki, Tural Müseyibov, Vüsal Xankişiyev, Şamil Elçiyev, Elnur Aslanov, İlqar Əhmədov və Yaşar Osmanov Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə kimyəvi tərkib elementləri məişətdə istifadə edilməsi üçün nəzərdə tutulan həddən dəfələrlə yüksək olan, buna görə də insan sağlamlığına zərərli təsir göstərməyə malik yuyucu vasitələr hazırlayıblar. Dəstə üzvləri yuyucu vasitələri Bakı şəhəri Nəsimi rayonu ərazisində və respublikanın müxtəlif rayonlarında yerləşən satış nöqtələri vasitəsilə topdansatışını təşkil etməklə istehlakçıları aldadıblar.Nəzarət tədbirləri ilə sexə və satış yerlərinə baxış zamanı xeyli sayda "Perwol", "Peros", "Fairy", "Domestos", "Ariel", "Ace", "İpək", "Elidor", "Head & Shoulders" və sair əmtəə nişanlı qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün nəzərdə tutulan avadanlıqlar, xammal, qablaşdırma materialları və etiketlər aşkar olunaraq götürülüb.Təyin edilən ekspertizalar zamanı aşkarlanan təmizləyici vasitələrin tərkibinin keyfiyyət göstəricilərinə görə müvafiq standartların tələblərinə uyğun gəlmədiyi və bununla da əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib.Aşkar olunan faktla bağlı araşdırmalar davam etdirilir.
saray qəsəbəsi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40779/72/407797272_0:0:2731:2048_1920x0_80_0_0_43c1ce492f96e4e8848f941d9f0795e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yuyucu toz, saxta, narkotik vasitə, sex, abşeron rayonu, saray qəsəbəsi, saray qəsəbəsi, daxili işlər nazirliyi
yuyucu toz, saxta, narkotik vasitə, sex, abşeron rayonu, saray qəsəbəsi, saray qəsəbəsi, daxili işlər nazirliyi
Gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb - VİDEO
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
BAKI, 4 may - Sputnik. Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Araşdırma zamanı müəyyən olunub ki, Tural Müseyibov, Vüsal Xankişiyev, Şamil Elçiyev, Elnur Aslanov, İlqar Əhmədov və Yaşar Osmanov Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə kimyəvi tərkib elementləri məişətdə istifadə edilməsi üçün nəzərdə tutulan həddən dəfələrlə yüksək olan, buna görə də insan sağlamlığına zərərli təsir göstərməyə malik yuyucu vasitələr hazırlayıblar. Dəstə üzvləri yuyucu vasitələri Bakı şəhəri Nəsimi rayonu ərazisində və respublikanın müxtəlif rayonlarında yerləşən satış nöqtələri vasitəsilə topdansatışını təşkil etməklə istehlakçıları aldadıblar.
Nəzarət tədbirləri ilə sexə və satış yerlərinə baxış zamanı xeyli sayda "Perwol", "Peros", "Fairy", "Domestos", "Ariel", "Ace", "İpək", "Elidor", "Head & Shoulders" və sair əmtəə nişanlı qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün nəzərdə tutulan avadanlıqlar, xammal, qablaşdırma materialları və etiketlər aşkar olunaraq götürülüb.
Təyin edilən ekspertizalar zamanı aşkarlanan təmizləyici vasitələrin tərkibinin keyfiyyət göstəricilərinə görə müvafiq standartların tələblərinə uyğun gəlmədiyi və bununla da əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib.
Aşkar olunan faktla bağlı araşdırmalar davam etdirilir.