https://sputnik.az/20240503/tibb-iscilerine-gece-isne-gore-verilen-elave-haqqinin-miqdari-deyisib-464373246.html
Tibb işçilərinə gecə işnə görə verilən əlavə haqqının miqdarı dəyişib
Tibb işçilərinə gecə işnə görə verilən əlavə haqqının miqdarı dəyişib
Sputnik Azərbaycan
Tibb müəssisələrinin gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilən digər işçilərinə, habelə çoxnövbəli iş rejimində çalışan işçilərinə gecə vaxtı və... 03.05.2024, Sputnik Azərbaycan
2024-05-03T20:05+0400
2024-05-03T20:05+0400
2024-05-03T20:05+0400
tibb
səhiyyə
işçi
əlavə
həkim
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830080_0:0:3123:1757_1920x0_80_0_0_758021ab3d671782075f6e9a76a3862f.jpg
BAKI, 3 may — Sputnik. Tibb müəssisələrinin işçilərinə gecə vaxtı yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə "Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"ndə edilən dəyişiklikdə əksini tapıb.Qərara əsasən, Tibb müəssisələrinin işçilərinə gecə vaxtı yerinə yetirilən işə (cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində çalışanlar istisna olmaqla) və çoxnövbəli iş rejiminə görə əlavə haqq "Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli 74 nömrəli Qərarına əsasən ödəniləcək. Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə vaxtı yerinə yetirilən işin hər saatına görə əlavə haqq aşağıdakı qaydada ödənilir: İndiyə qədər tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən həkim, orta və kiçik tibb heyəti işçilərinə, eləcə də sanitar avtomobillərinin sürücülərinə (o cümlədən, avtonəqliyyat müəssisələrinin və başqa təşkilatların ştatında olan) gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi, digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq ödənilirdi. Tibb müəssisələrinin gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilən digər işçilərinə, habelə çoxnövbəli iş rejimində çalışan işçilərinə gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əlavə haqq qüvvədə olan mövcud qanunvericiliyə əsasən ödənilirdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830080_392:0:3123:2048_1920x0_80_0_0_b9be02a05e5ab2e6e23a4555c6b6ccbb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tibb, işçi, əlavə, həkim
Tibb işçilərinə gecə işnə görə verilən əlavə haqqının miqdarı dəyişib
Tibb müəssisələrinin gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilən digər işçilərinə, habelə çoxnövbəli iş rejimində çalışan işçilərinə gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əlavə haqq qüvvədə olan mövcud qanunvericiliyə əsasən ödənilirdi.
BAKI, 3 may — Sputnik. Tibb müəssisələrinin işçilərinə gecə vaxtı yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə "Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"ndə edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, Tibb müəssisələrinin işçilərinə gecə vaxtı yerinə yetirilən işə (cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində çalışanlar istisna olmaqla) və çoxnövbəli iş rejiminə görə əlavə haqq "Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli 74 nömrəli Qərarına əsasən ödəniləcək.
Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə vaxtı yerinə yetirilən işin hər saatına görə əlavə haqq aşağıdakı qaydada ödənilir:
həkim, orta və kiçik tibb heyəti işçilərinə, eləcə də sanitar avtomobillərinin sürücülərinə (o cümlədən avtonəqliyyat müəssisələrinin və başqa təşkilatların ştatında olan) - saatlıq vəzifə (tarif) maaşının 50 faizi miqdarında;
digər işçilərinə - vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə ödəniləcək.
İndiyə qədər tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən həkim, orta və kiçik tibb heyəti işçilərinə, eləcə də sanitar avtomobillərinin sürücülərinə (o cümlədən, avtonəqliyyat müəssisələrinin və başqa təşkilatların ştatında olan) gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi, digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq ödənilirdi.
Tibb müəssisələrinin gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilən digər işçilərinə, habelə çoxnövbəli iş rejimində çalışan işçilərinə gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əlavə haqq qüvvədə olan mövcud qanunvericiliyə əsasən ödənilirdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.