https://sputnik.az/20240503/neft-qiymeti---son-uc-ayda-en-keskin-heftelik-ucuzlasma-qeyde-alinib-464350262.html
Neft qiyməti - Son üç ayda ən kəskin həftəlik ucuzlaşma qeydə alınıb
Neft qiyməti - Son üç ayda ən kəskin həftəlik ucuzlaşma qeydə alınıb
Sputnik Azərbaycan
Tələb ilə bağlı qeyri-müəyyənlik və Yaxın Şərqdə gərginliyin nisbətən azalması neftin həftəlik ucuzlaşmasına səbəb olub. 03.05.2024, Sputnik Azərbaycan
2024-05-03T11:41+0400
2024-05-03T11:41+0400
2024-05-03T13:23+0400
neft
neft-qaz
azeri light markalı neft
brent
qiymət
dollar
azərbaycan
birja
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457288785_0:0:3169:1784_1920x0_80_0_0_f5ded01de03411d47de60e0de4599634.jpg
BAKI, 3 may — Sputnik. Bu gün dünya bazarlarında neft qiymətləri OPEC-in hasilatı azaltmasını davam etdirməsi səbəbindən yüksəlib. "Brent" markalı neft 24 sent artaraq 83,91 dollar, ABŞ-nin Qərbi Texas nefti 19 sent artaraq 79,19 dollar olub. "Azeri Light" markalı Azərbaycan nefti isə 67 sent azalaraq 85,96 dollar təşkil edib. Lakin bu həftə baş verən ucuzlaşma son üç ayın ən kəskin həftəlik ucuzlaşmasıdır. Tələb ilə bağlı qeyri-müəyyənlik və Yaxın Şərqdə gərginliyin nisbətən azalması neftin həftəlik ucuzlaşmasına səbəb olub. Digər tərəfdən, investorlar ABŞ-də və digər ölkərlərdə iqtisadi artımı cilovlayan yüksək faiz dərəcələri ilə bağlı narahat idilər. Bu da qiymətlərə mənfi təsir göstərib. Qeyd edək ki, "Brent" həftəlik 6,3%, "WTI" həftəlik 5,6% ucuzlaşıb. "OPEC plus"un növbəti görüşü 2024-cü ilin 1 iyun tarixinə təyin edilib. Bundan öncə ötən ilin noyabr ayında toplantı keçirilib. İclasda Braziliyanın 2024-cü ilin yanvarından etibarən "OPEC plus"a qoşulması razılaşdırılıb. Anqola, Konqo və Nigeriyanın 2024-cü il üçün hasilat kvotaları məsələsinə baxılıb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457288785_392:0:3123:2048_1920x0_80_0_0_84e4649a75cd7b7bba37460b6c163457.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, azeri light markalı neft, brent, qiymət, dollar, azərbaycan, birja
neft, azeri light markalı neft, brent, qiymət, dollar, azərbaycan, birja
Neft qiyməti - Son üç ayda ən kəskin həftəlik ucuzlaşma qeydə alınıb
11:41 03.05.2024 (Yenilənib: 13:23 03.05.2024) Tələb ilə bağlı qeyri-müəyyənlik və Yaxın Şərqdə gərginliyin nisbətən azalması neftin həftəlik ucuzlaşmasına səbəb olub.
BAKI, 3 may — Sputnik. Bu gün dünya bazarlarında neft qiymətləri OPEC-in hasilatı azaltmasını davam etdirməsi səbəbindən yüksəlib.
"Brent" markalı neft 24 sent artaraq 83,91 dollar, ABŞ-nin Qərbi Texas nefti 19 sent artaraq 79,19 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti isə 67 sent azalaraq 85,96 dollar təşkil edib.
Lakin bu həftə baş verən ucuzlaşma son üç ayın ən kəskin həftəlik ucuzlaşmasıdır. Tələb ilə bağlı qeyri-müəyyənlik və Yaxın Şərqdə gərginliyin nisbətən azalması neftin həftəlik ucuzlaşmasına səbəb olub. Digər tərəfdən, investorlar ABŞ-də və digər ölkərlərdə iqtisadi artımı cilovlayan yüksək faiz dərəcələri ilə bağlı narahat idilər. Bu da qiymətlərə mənfi təsir göstərib.
Qeyd edək ki, "Brent" həftəlik 6,3%, "WTI" həftəlik 5,6% ucuzlaşıb.
"OPEC plus"un növbəti görüşü 2024-cü ilin 1 iyun tarixinə təyin edilib. Bundan öncə ötən ilin noyabr ayında toplantı keçirilib. İclasda Braziliyanın 2024-cü ilin yanvarından etibarən "OPEC plus"a qoşulması razılaşdırılıb. Anqola, Konqo və Nigeriyanın 2024-cü il üçün hasilat kvotaları məsələsinə baxılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.