Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Moskvada Andrey Belousov və Şahin Mustafayev arasında danışıqlar keçirilib

© Sputnik / Murad OrujovAzərbaycan və Rusiya bayraqları
Azərbaycan və Rusiya bayraqları - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Abunə olmaq
Danışıqların yekunu olaraq normativ hüquqi bazanın yaradılması üzrə birgə fəaliyyət planı təsdiq edilib.
BAKI, 3 may — Sputnik. Moskvada, Hökumət Evində Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev arasında nəqliyyat sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinə dair danışıqlar aparılıb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il aprelin 22-də Moskvada keçirilən görüşdə əldə etdikləri razılaşmaların icrası məqsədi ilə beynəlxalq müqavilələr çərçivəsində dəmir yolu infrastrukturunun müasirləşdirilməsinin prioritet vəzifələri, "Şimal-Cənub" nəqliyyat dəhlizi nəzərdən keçirilib.
Andrey Belousov və Şahin Mustafayev Rusiya və Azərbaycan dəmir yolları ilə yüklərin fasiləsiz daşınmasını təmin etmək üçün zəruri tədbirlər kompleksinin həyata keçirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
Danışıqların yekunu olaraq dəmir yolu daşımalarının və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin infrastrukturunun inkişafı üçün zəruri olan normativ hüquqi bazanın yaradılması üzrə birgə fəaliyyət planı təsdiq edilib.
Danışıqlar konstruktiv və dostluq şəraitində keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0