https://sputnik.az/20240503/kopmanin-baki-seferi-a-resmisi-cenubi-qafqaza-niye-gelib-464366868.html
Kopmanın Bakı səfəri: Aİ rəsmisi Cənubi Qafqaza niyə gəlib?
Kopmanın Bakı səfəri: Aİ rəsmisi Cənubi Qafqaza niyə gəlib?
Sputnik Azərbaycan
Millət vəkili deyir ki, Azərbaycan bütün güc mərkəzləri ilə bərabər məsafədə dayanıb, öz milli maraqlarını ifadə edir 03.05.2024, Sputnik Azərbaycan
2024-05-03T19:01+0400
2024-05-03T19:01+0400
2024-05-03T19:01+0400
bakı
siyasət
avropa ittifaqı
azərbaycan
politoloq
cənubi qafqaz
https://cdnn1.img.sputnik.az/img/07e8/05/03/464368893_0:0:850:478_1920x0_80_0_0_ffbbd8b329d50c647b3937e21b760115.jpg
BAKI, 3 may — Sputnik. Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopmanın Azərbaycana səfər edib. Bakıda keçiridyi görüşlərə maraqlı açıqlamalar verən Kopmanın regiona səfəri həssas bir məqamda gerçəkləşib. Cənubi Qafqazda Azərbaycan-Ermənistan normallaşma prosesi və Gürcüstanda akisayaların keçirildiyi bir məqamda baş tutan səfərin hansı nəticələr doğuracağı maraqla gözlənilir. Qert Yan Kopmanın Cənubi Qafqaza səfəri ilə bağlı millət vəkili Elman Nəsirov və politloq İlyas Hüseynov Sputnik Azərbaycan-a danışıblar. Millət vəkili Elman Nəsirov bildirir ki, Aİ ilə Azərbaycanın münasibətlərində prinsip etibarilə müsbət dinamika var:Elman Nəsirov onu da qeyd edir ki, Qert Yan Kopmanın səfəri və keçirdiyi görüşlər AK-nin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərməsini xarakterizə edir:"Xüsusilə də Aİ özünün Cənubi Qafqazla bağlı siyasətində Azərbaycanın yeri və rolunu düzgün qiymətləndirir. Aİ-nin maraq dairəsində olan və onun regionda güclənməsinə kömək edən ölkələrdə, xüsusən də Gürcüstanda vəziyyət olduqca qəlizləşib. İndiki halda Gürcüstan hökumətinin həyata keçiridiy siyasət rəsmi Brüsselin Tbilisi ilə bağlı siyasəti ilə daban-dabana ziddiyyət təşkil edir. Artıq bu münasibətlərdə çox ciddi gərginliyin ortaya çıxdığı da bəllidir. Hazırda Cənubi Qafqazın ən sabit ölkəsi Azərbaycandır. Brüssel də bunu gözardı etmir". Politoloq İlyas Hüseynov hesab edir ki, Aİ-Azərbaycan münasibətləri strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, xüsusilə enerji təhlükəsizliyi kontekstində bu əməkdaşlıq çox önəmlidir. Politoloq qeyd edir ki, əməkdaşlığın gücləndirilməsi ilə bağlı tərəflər mütəmadi addımlar atır:Politoloq Azərbaycanın Şərq tərəfdaşlığı proqramındakı fəal iştirakına diqqət çəkib:"Aİ dünyada gedən transformasiyalar, postsovet məkanında gedən dəyişikliklər fonunda Azərbaycanı daha çox əməkdaşlığa cəlb etməyə çalışırlar. Azərbaycan iqtisadi prioritetləri formalaşdırır, enerji sahəsində əməkdaşlığı təşviq edir. Amma bununla belə Azərbaycanın Aİ-yə üzvlük kimi bir hədəfi yoxdur. Bu baxımdan bu səfəri məsləhətləşmələr, əməkdaşlıq priotetlərinin formalaşdırılması kimi nəzərdən keçirə bilərik. Aİ Azərbaycanı yanında görmək istəyir. Hazırda gündəlikdə olan məsələlərə uyğun qarşılıqlı siyasətlər həyata keçirilir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/03/464368893_143:0:850:530_1920x0_80_0_0_1d4baf5ec88fbb46201e1437ec24f657.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bakı, avropa ittifaqı, azərbaycan, politoloq, cənubi qafqaz
bakı, avropa ittifaqı, azərbaycan, politoloq, cənubi qafqaz
Kopmanın Bakı səfəri: Aİ rəsmisi Cənubi Qafqaza niyə gəlib?
Millət vəkili deyir ki, Azərbaycan bütün güc mərkəzləri ilə bərabər məsafədə dayanıb, öz milli maraqlarını ifadə edir
BAKI, 3 may — Sputnik. Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopmanın Azərbaycana səfər edib. Bakıda keçiridyi görüşlərə maraqlı açıqlamalar verən Kopmanın regiona səfəri həssas bir məqamda gerçəkləşib. Cənubi Qafqazda Azərbaycan-Ermənistan normallaşma prosesi və Gürcüstanda akisayaların keçirildiyi bir məqamda baş tutan səfərin hansı nəticələr doğuracağı maraqla gözlənilir.
Qert Yan Kopmanın Cənubi Qafqaza səfəri ilə bağlı millət vəkili Elman Nəsirov və politloq İlyas Hüseynov Sputnik Azərbaycan-a danışıblar.
Millət vəkili Elman Nəsirov bildirir ki, Aİ ilə Azərbaycanın münasibətlərində prinsip etibarilə müsbət dinamika var:
"Çünki Aİ yekcins deyil. Azərbaycanın Avropa Komissiyası ilə münasibətləri normal inkişaf məcrasındadır. Bizim problemimiz Avropa Parlamenti ilə bağlıdır. Oradakı parlamentarilərin böyük bir qismi erməni lobbisi və diasporunun əlində alətə çevrilib. Onlar Avropa dəyərlərini kənara qoyub erməni maraqlarına xidmət göstərirlər. Amma Avropa Komissiyası Azərbaycanla sıx əməkdaşlıq kursunu həyata keçirir. Bu sahədə 2011-ci ildə strateji anlaşma memorandumu da imzalanıb. Azərbaycan 2023-ci ildə Avropaya 8 milyard kub metr qaz satıb. 2024-ci ildə onun 12 kub metrə çatması planlaşdırılır. Növbəti illərdə isə bu həcmin 20 milyard kub metrə çatması qarşıya qoyulan hədəflərdədn biridir".
Elman Nəsirov onu da qeyd edir ki, Qert Yan Kopmanın səfəri və keçirdiyi görüşlər AK-nin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərməsini xarakterizə edir:
"Xüsusilə də Aİ özünün Cənubi Qafqazla bağlı siyasətində Azərbaycanın yeri və rolunu düzgün qiymətləndirir. Aİ-nin maraq dairəsində olan və onun regionda güclənməsinə kömək edən ölkələrdə, xüsusən də Gürcüstanda vəziyyət olduqca qəlizləşib. İndiki halda Gürcüstan hökumətinin həyata keçiridiy siyasət rəsmi Brüsselin Tbilisi ilə bağlı siyasəti ilə daban-dabana ziddiyyət təşkil edir. Artıq bu münasibətlərdə çox ciddi gərginliyin ortaya çıxdığı da bəllidir. Hazırda Cənubi Qafqazın ən sabit ölkəsi Azərbaycandır. Brüssel də bunu gözardı etmir".
"Azərbaycan ali siyasi rəhbərliyinin yürütdüyü strateji xətt regiona sülh, əminəmanlıq gətirir. Bu baxımdan rəsmi Brüssel və Bakının mövqeləri üst-üstə düşür. Kompanın səfərində də regional təhlükəsizlik məsələlərinin başlıca müzakirə mövzularından olması heç şübhəsizdir. Cənubi Qafqaz regionu Aİ-nin maraq dairəsindədir. Bununla yanaşı rəsmi Brüssel onun da fərqindədir ki, Azərbaycan müstəqil siyasət həyata keçirir. Bu siyasət Azərbaycan xalqının milli maraqlarına cavab verir. Azərbaycan Aİ münasibətlərindəki yaxınlaşma da Rusiyanın əleyhinə deyil. Eyni zamanda Azərbaycan Rusiya münasibətləri Vaşinqtona və Brüsselə qarşı yönəlməyib. Azərbaycan bütün güc mərkəzlərindən bərabər məsafədə dayanıb, öz milli maraqlarını ifadə edir", – millət vəkili fikirlərini yekunlaşdırıb.
Politoloq İlyas Hüseynov hesab edir ki, Aİ-Azərbaycan münasibətləri strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, xüsusilə enerji təhlükəsizliyi kontekstində bu əməkdaşlıq çox önəmlidir. Politoloq qeyd edir ki, əməkdaşlığın gücləndirilməsi ilə bağlı tərəflər mütəmadi addımlar atır:
"Bunlar sırasında Avropaya qaz nəqlinin 2 dəfəyə qədər artırılmasını nəzərdə tutan sazişin imzalanmasını qeyd edə bilərik. Eyni zamanda Avropa İttifaqı Cənubi Qafqazda sülh, təhlükəsizlik və nizamlanma prosesində də təmsil olunur. Bu istiqamətdə Aİ Şurasının rəhbəri Şarl Mişelin mühüm təşəbbüsləri var idi. Bu təşəbbüslər milli maraqlarımıza da cavab verirdi. Təəssüflər olsun ki, Fransanın destruktiv fəaliyyətləri nəticəsində Brüssel formatına da kölgə salındı. Mənə elə gəlir ki, Aİ regiondakı reallıqları qəbul edərsə, bu formatın yenidən canlanması mümkündür".
Politoloq Azərbaycanın Şərq tərəfdaşlığı proqramındakı fəal iştirakına diqqət çəkib:
"Aİ dünyada gedən transformasiyalar, postsovet məkanında gedən dəyişikliklər fonunda Azərbaycanı daha çox əməkdaşlığa cəlb etməyə çalışırlar. Azərbaycan iqtisadi prioritetləri formalaşdırır, enerji sahəsində əməkdaşlığı təşviq edir. Amma bununla belə Azərbaycanın Aİ-yə üzvlük kimi bir hədəfi yoxdur. Bu baxımdan bu səfəri məsləhətləşmələr, əməkdaşlıq priotetlərinin formalaşdırılması kimi nəzərdən keçirə bilərik. Aİ Azərbaycanı yanında görmək istəyir. Hazırda gündəlikdə olan məsələlərə uyğun qarşılıqlı siyasətlər həyata keçirilir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.