Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünya ərzaq qiymətləri aprel ayında artıb – FAO

© AFP 2024 / PEDRO COSTA GOMESПродажа зерновых культур, фото из архива
Продажа зерновых культур, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Abunə olmaq
Məlumatda deyilir ki, cari ilin aprel ayında FAO-nun ərzaq qiymətləri indeksinin dəyəri 119,1 bənd təşkil edib.
BAKI, 3 may — Sputnik. Dünya ərzaq qiymətləri aprel ayında aqreqasiya edilmiş indeks üzrə artım göstərib ki, bu da əsasən ətin bahalaşması ilə əlaqədar olub. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) press-relizində deyilir.

"2024-cü ilin aprel ayında FAO-nun ərzaq qiymətləri indeksinin dəyəri 119,1 bənd təşkil edib ki, bu da yenidən nəzərdən keçirilən mart göstəricisindən 0,3 bənd (0,3%) yüksəkdir: şəkər və süd məhsullarının qiymət indeks dəyərlərinin azalması ət və bir qədər də az olan bitki yağlarının və taxıl məhsullarının qiymət indeks dəyərlərinin artımını tam kompensasiya etməyə imkan verməyib", - məlumatda deyilir.

Ən böyük artımı ət qiymətləri indeksi göstərib - aprel ayında o, 116,3 bənd artıb ki, bu da mart ayının səviyyəsindən 1,9 bənd (1,6%) yüksəkdir. Beləliklə, quş ətinin qiymətləri quş qripi epidemiyası nəticəsində yaranan istehsal problemlərinin davam etməsi fonunda Yaxın Şərq ölkələrinin sabit alışları ilə dəstəklənib. Mal əti qiymətləri də əsas idxalçı ölkələrdən gələn güclü tələbin davam etməsi nəticəsində artıb.
Bitki yağlarının qiymət indeksi əvvəlki ayla müqayisədə 0,3 bənd (0,3%) artaraq 130,9 bənd olmaqla 13 ayın ən yüksək səviyyəsinə yüksəlib. Bu artım palma və soya yağlarının ucuzlaşması fonunda günəbaxan və raps yağlarının qiymətlərinin artması ilə bağlıdır.
Süd məhsullarının qiymət indeksi isə 123,7 bənd təşkil edib ki, bu da mart ayı səviyyəsindən 0,3 bənd (0,3%) aşağıdır. Yağsız süd tozunun qiymətləri xüsusilə Qərbi Avropada yüksək ixrac təklifi fonunda spot bazarında idxal tələbinin ləng olması ilə əlaqədar olaraq əhəmiyyətli dərəcədə aşağı düşüb.
Taxıl məhsullarının qiymətləri 111,2 bənd təşkil edib ki, bu da mart ayının səviyyəsindən 0,3 bənd (0,3%) aşağıdır. Aprel ayında buğdanın qiymətləri Avropa İttifaqının, Rusiyanın və ABŞ-ın bəzi bölgələrində üstünlük təşkil etmiş 2024-cü ilin məhsulu üçün əkin sahələrinin inkişafının əlverişsiz hava şəraiti ilə bağlı narahatlıqlar səbəbindən bir ay əvvəl bahalaşdıqdan sonra sabitləşib.
Şəkərin qiymət indeksi də öz növbəsində aprel ayında 5,9 bənd (4,4%) azalaraq 127,5 bənd təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0