Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Dövlət Komitəsi Laçında evlə bağlı püşkatmada yaranmış anlaşılmazlığa aydınlıq gətirib

© Photo : Republic of Azerbaijan State Committee on the Affairs of Refugees Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma
Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma  - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Abunə olmaq
Birinci mərhələ üzrə püşkatmadan sonra sakinlərin müraciətləri əsas götürülərək, nəticələrə yenidən baxılıb və 2 püşkün nəticəsi ləğv edilib.
BAKI, 3 may — Sputnik. Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi iddialarına aydınlıq gətirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Laçın rayonunun Sus və Bəylik kəndləri birləşdirilib, onlar üçün, ümumilikdə, 150 evlik yeni yaşayış məntəqəsinin inşasına başlanılıb. Birinci mərhələdə 59 fərdi ev tikilib və istifadəyə hazırdır, daha 91 evin tikintisi isə davam etdirilir.
© Photo : Republic of Azerbaijan State Committee on the Affairs of Refugees Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma
Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma  - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma
Birinci mərhələ üzrə püşkatmadan sonra sakinlərin müraciətləri əsas götürülərək, nəticələrə yenidən baxılıb və 2 püşkün nəticəsi ləğv edilib.
Həmin püşklər Sus və Bəylik kəndlərində deyil, qonşuluqdakı Qızılca kəndində daimi qeydiyyatda olan ailələrə aiddir. Araşdırma zamanı məlum olub ki, yeni yaşayış məntəqəsinin salındığı ərazidə işğaldan əvvəl həmin ailələrin də evləri olduğu üçün adları Sus və Bəylik kəndlərinin sakinləri ilə eyni püşkatma siyahısına daxil edilib. Bu hal kənd sakinlərində narazılıq yaradıb.
© Photo : Republic of Azerbaijan State Committee on the Affairs of Refugees Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma
Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma  - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma
Ləğv edilmiş püşklərin sahibləri Dövlət Komitəsinə dəvət olunub, onlara ətraflı izahat verilib və bildirilib ki, ikinci mərhələdə evlə təmin olunmaqları nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0