Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Birinci siniflərə məktəb və müəllim seçiminə başlanılıb

© Sputnik / Murad OrujovMəktəb
Məktəb - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Abunə olmaq
Eyni zamanda mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat, mayın 7-dən 30-dək müsahibə mərhələsi keçiriləcək.
BAKI, 3 may — Sputnik. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ümumi təhsil müəssisələrinin birinci siniflərinə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi ilə bağlı xəbər yayıb.
Qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, 3 may saat 11:00-dan 2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinə başlanılıb. Bu proses sentyabrın 13-dək davam edəcək.
Eyni zamanda mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat, mayın 7-dən 30-dək müsahibə mərhələsi keçiriləcək.
Həmçinin bu gün saat 11:00-dan etibarən Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0