https://sputnik.az/20240503/bakida-mdb-istirakcisi-olan-olkelerin-nformsurasinin-iclasi-kecirilecek-464346363.html
Bakıda MDB iştirakçısı olan ölkələrin İnformşurasının iclası keçiriləcək
Bakıda MDB iştirakçısı olan ölkələrin İnformşurasının iclası keçiriləcək
Sputnik Azərbaycan
İclasın gündəliyinə 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinin qeyd edilməsinə hazırlıqla bağlı əməkdaşlıq məsələləri də daxildir. 03.05.2024, Sputnik Azərbaycan
2024-05-03T10:09+0400
2024-05-03T10:09+0400
2024-05-03T10:24+0400
cəmiyyət
informasiya agentliyi
mdb
bakı
görüş
rəhbər
azərbaycan
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1e/440601305_0:103:2000:1228_1920x0_80_0_0_4a99884c150ea9dc3c2d737fce6dbc7c.jpg
BAKI, 3 may — Sputnik. Bu gün Bakıda MDB iştirakçısı olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXXI iclası keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, iclasda tərəflər arasında gələcək əməkdaşlığın istiqamətləri, eləcə də növbəti il Böyük Vətən müharibəsində qələbənin 80-ci ildönümünün qeyd olunmasına hazırlıqla bağlı peşəkar qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq. Görüşdə MDB-nin inteqrasiya birliyi kimi möhkəmləndirilməsi, Birlik çərçivəsində iqtisadi, mədəni və humanitar qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı mövzuların işıqlandırılmasında əməkdaşlığın müzakirəsi də diqqət mərkəzində olacaq. İclasın gündəliyinə 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinin qeyd edilməsinə hazırlıqla bağlı əməkdaşlıq məsələləri də daxildir. Həmçinin jurnalist mübadiləsi proqramlarının inkişafı və ixtisasartırma kurslarının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılacağı planlaşdırılır. MDB İnformasiya Şurası 1995-ci ildə yaradılıb. Onun üzvlərinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistanın dövlət xəbər xidmətlərinin rəhbərləri daxildir. Şuraya TASS-ın baş direktoru Andrey Kondraşov rəhbərlik edir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1e/440601305_114:0:1887:1330_1920x0_80_0_0_99a959abd3dab5bbd9cbb7ea8d7291c1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
informasiya agentliyi, mdb, bakı, görüş, rəhbər, azərbaycan, rusiya
informasiya agentliyi, mdb, bakı, görüş, rəhbər, azərbaycan, rusiya
Bakıda MDB iştirakçısı olan ölkələrin İnformşurasının iclası keçiriləcək
10:09 03.05.2024 (Yenilənib: 10:24 03.05.2024) İclasın gündəliyinə 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinin qeyd edilməsinə hazırlıqla bağlı əməkdaşlıq məsələləri də daxildir.
BAKI, 3 may — Sputnik. Bu gün Bakıda MDB iştirakçısı olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXXI iclası keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, iclasda tərəflər arasında gələcək əməkdaşlığın istiqamətləri, eləcə də növbəti il Böyük Vətən müharibəsində qələbənin 80-ci ildönümünün qeyd olunmasına hazırlıqla bağlı peşəkar qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq.
Görüşdə MDB-nin inteqrasiya birliyi kimi möhkəmləndirilməsi, Birlik çərçivəsində iqtisadi, mədəni və humanitar qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı mövzuların işıqlandırılmasında əməkdaşlığın müzakirəsi də diqqət mərkəzində olacaq.
İclasın gündəliyinə 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinin qeyd edilməsinə hazırlıqla bağlı əməkdaşlıq məsələləri də daxildir.
Həmçinin jurnalist mübadiləsi proqramlarının inkişafı və ixtisasartırma kurslarının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılacağı planlaşdırılır.
MDB İnformasiya Şurası 1995-ci ildə yaradılıb. Onun üzvlərinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistanın dövlət xəbər xidmətlərinin rəhbərləri daxildir. Şuraya TASS-ın baş direktoru Andrey Kondraşov rəhbərlik edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.