Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

AİK-ə bəzi meyvə pürelərinin idxal rüsumlarının müvəqqəti ləğv edilməsi təklif edilib

© iStock.com / lisaaMCƏrik püresi, arxiv
Ərik püresi, arxiv - Sputnik Azərbaycan, 1920, 03.05.2024
Abunə olmaq
Məqsəd Rusiya daxili bazarında şirə məhsullarının istehsalı üçün müəyyən növ xammal çatışmazlığını azaltmaqdır.
BAKI, 3 may - Sputnik. Rusiya Federasiyası Avrasiya İqtisadi Komissiyasına (AİK) bəzi meyvə püreləri üçün müvəqqəti olaraq idxal gömrük rüsumlarının sıfır dərəcələrinin müəyyən edilməsini təklif edib. Bu barədə AİK-in saytında məlumat verilib.

“Avrasiya İqtisadi Komissiyası Rusiya Federasiyasından aşağıdakıları nəzərdə tutan təşəbbüs təklifi alıb: Aİİ-nin Xarici İqtisadi Fəaliyyətinin Mal Nomenklaturası 2007 99 500 3 (ərik püresi), 2007 99 500 4 (armud püresi), 2007 99 500 5 (şaftalı püresi), 2007 500 7 (digərləri ) kodları ilə təsnif edilən bəzi meyvə emalı məhsullarına görə idxal gömrük rüsumlarının müvəqqəti olaraq sıfır dərəcələrinin müəyyən edilməsi”, - məlumatda bildirilir.

Qeyd edilir ki, AİK Şurasının 17 mart 2022-ci il tarixli qərarına əsasən, 2023-cü il aprelin 30-u daxil olmaqla, bu məhsullara idxal gömrük rüsumlarının sıfır dərəcələri tətbiq edilib.
O da bildirilir ki, Rusiya Federasiyasının təklifi daxili bazarda şirə məhsullarının istehsalı üçün müəyyən növ xammal çatışmazlığını azaltmaq və yerli şirə məhsulları istehsalçılarını dəstəkləmək məqsədi daşıyır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0