Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

2024-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət necə dəyişib?

Abunə olmaq
Azərbaycanın qeyri-neft məhsullarının idxalına görə Rusiya Federasiyası hələ də liderlik edir. İki ölkə arasındakı ticarət haqqında ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2024-cü ilin birinci rübünün nəticələrinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,8% azalaraq 890,7 milyon dollar təşkil edib.
Eyni zamanda, Azərbaycanın qeyri-neft məhsullarının idxalına görə Rusiya hələ də liderlik edir. Yanvar-mart aylarının yekunlarına əsasən Azərbaycan Rusiyaya 225,5 milyon dollar məbləğində qeyri-neft sektoru məhsulları tədarük edib.
Eyni zamanda, bu dövrdə respublikanın qonşu ölkəyə ümumi ixracı 289 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3% azdır.
Belə ki, Azərbaycanın Rusiyaya ixracının təxminən 78%-ni qeyri-neft məhsulları təşkil edib.
Ümumiyyətlə, Rusiya Azərbaycanın mal ixrac etdiyi ölkələrin reytinqində yüksəlib. Bu ilin birinci rübünün nəticələrinə görə, Rusiya Azərbaycan məhsullarını idxal edən ölkələr siyahısında altıncı yerdədir, ötən ilin eyni dövründə isə doqquzuncu yerdə olub.
Eyni zamanda, Azərbaycana mal ixrac edən ölkələr arasında Rusiya liderliyini Çinə verərək, ölkəyə 661,7 milyon dollar dəyərində mal və xidmətlər tədarük edib. Ötən ilin eyni dövrünün nəticələrinə görə, Rusiya respublika üzrə bir nömrəli ixrac edən ölkə olub.
Ümumiyyətlə, Rusiya 2024-cü ilin birinci rübünün yekunlarına əsasən ticarət dövriyyəsinə görə Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0