https://sputnik.az/20240502/prezident-kinci-dunya-muharibesi-istirakcilari-ve-aileleri-ile-bagli-serencam-imzalayib-464337571.html
Prezident İkinci Dünya müharibəsi iştirakçıları və ailələri ilə bağlı sərəncam imzalayıb
Prezident İkinci Dünya müharibəsi iştirakçıları və ailələri ilə bağlı sərəncam imzalayıb
Sputnik Azərbaycan
Dövət başçısının imzaladığı sənəddə qeyd edilib ki, 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 min manat məbləğində maddi yardım... 02.05.2024, Sputnik Azərbaycan
2024-05-02T17:32+0400
2024-05-02T17:32+0400
2024-05-02T17:43+0400
dünya
azərbaycan xəbərləri
prezident ilham əliyevin sərəncamı
sərəncam
sərəncam
sərəncam
prezidentin sərəncamı
prezident ilham əliyev
ikinci dünya müharibəsi
ikinci dünya müharibəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1e/426833657_0:160:3073:1888_1920x0_80_0_0_f82b3b12409a04665f1cabac33f0648d.jpg
BAKI, 2 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Dövət başçısının imzaladığı sənəddə qeyd edilib ki, 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına min manat məbləğində birdəfəlik maddi yardım verilsin. Sərəncamın icrası üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılacaq.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1e/426833657_170:0:2901:2048_1920x0_80_0_0_f504c0920ef0c96579d62034f143032c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dünya, prezident ilham əliyevin sərəncamı, sərəncam, sərəncam, sərəncam, prezidentin sərəncamı, prezident ilham əliyev, ikinci dünya müharibəsi, ikinci dünya müharibəsi, maddi yardım, birdəfəlik maddi yardım
dünya, prezident ilham əliyevin sərəncamı, sərəncam, sərəncam, sərəncam, prezidentin sərəncamı, prezident ilham əliyev, ikinci dünya müharibəsi, ikinci dünya müharibəsi, maddi yardım, birdəfəlik maddi yardım
Prezident İkinci Dünya müharibəsi iştirakçıları və ailələri ilə bağlı sərəncam imzalayıb
17:32 02.05.2024 (Yenilənib: 17:43 02.05.2024) Dövət başçısının imzaladığı sənəddə qeyd edilib ki, 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 min manat məbləğində maddi yardım verilsin.
BAKI, 2 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
Dövət başçısının imzaladığı sənəddə qeyd edilib ki, 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına min manat məbləğində birdəfəlik maddi yardım verilsin.
Sərəncamın icrası üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılacaq.