SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan müdafiə naziri ABŞ səfiri ilə bu sənədə qol çəkdi

© Sputnik Suren Papikyan
 Suren Papikyan - Sputnik Azərbaycan, 1920, 02.05.2024
Abunə olmaq
Kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə üzrə Ermənistan-ABŞ sazişi 2000-ci ilin iyulunda Vaşinqtonda imzalanıb.
BAKI, 2 may — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyan və ABŞ-ın İrəvandakı səfiri Kristina Kvin kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə üzrə ikitərəfli sazişin qüvvəsini uzadacaq sənədi imzalayıblar. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, görüş zamanı nazir və səfir müdafiə sahəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə üzrə Ermənistan-ABŞ sazişi 2000-ci ilin iyulunda Vaşinqtonda imzalanıb.
Xəbər lenti
0