https://sputnik.az/20240502/abs-rusiya-ile-kosmosda-davranis-haqqinda-sazis-imzalamaga-hazir-oldugunu-bildirib-464336983.html
ABŞ Rusiya ilə kosmosda davranış haqqında saziş imzalamağa hazır olduğunu bildirib
ABŞ Rusiya ilə kosmosda davranış haqqında saziş imzalamağa hazır olduğunu bildirib
Sputnik Azərbaycan
"Artemida Sazişi" Ay, Mars, kometa və asteroidlərin dinc məqsədlərlə tədqiqi və istifadəsi üzrə "Artemida" proqramında iştirak edən ölkələrin hökumətləri... 02.05.2024, Sputnik Azərbaycan
2024-05-02T23:06+0400
2024-05-02T23:06+0400
2024-05-02T23:06+0400
kosmos
dünya xəbərləri
rusiya
abş
abş
saziş
mars
mars
asteroid
vaşinqton
https://cdnn1.img.sputnik.az/img/42209/51/422095112_0:0:3252:1830_1920x0_80_0_0_785969c876841574442cb057e49288fa.jpg
BAKI, 2 may — Sputnik. Kosmosda davranışı tənzimləyən ikitərəfli "Artemida sazişləri"nin imzalanması ehtimalı Rusiya üçün hələ də açıqdır. Bu sözləri NASA administratorunun müavini Pem Melroy "Meridian Space Diplomacy 2024" forumunda deyib. "Hər kəs "Kosmos barədə Müqavilə"ni imzaladığı kimi "Artemida Sazişləri"ni də imzalaya bilər. Mənim fikrimcə, bu, gələcək üçün müəyyən prinsiplərə sadiqlikdir", – o bildirib. Bundan əlavə, NASA rəhbərinin müavini kosmosun öyrənilməsi və istifadəsi zamanı davranış normaları və qaydaların hazırlanması və təkmilləşdirilməsinin zəruriliyini də bəyan edib. Xatırladaq ki, "Artemida Sazişi" Ay, Mars, kometa və asteroidlərin dinc məqsədlərlə tədqiqi və istifadəsi üzrə "Artemida" proqramında iştirak edən ölkələrin hökumətləri arasında bağlanmış beynəlxalq müqavilədir. Bu günə qədər dördə yaxın ölkə belə sənədlər imzalayıb. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Vaşinqton BMT Təhlükəsizlik Şurasının nüvə silahı ilə bağlı qətnaməsinin köməyi ilə kosmik silahlar sahəsində yeni öhdəliklər yaratmağa çalışır.
abş
mars
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42209/51/422095112_0:0:2732:2048_1920x0_80_0_0_10c451ec917fd313f62e628ceb837838.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
kosmos, rusiya, abş, abş, saziş, mars, mars, asteroid, vaşinqton, bmt təhlükəsizlik şurası, bmt təhlükəsizlik şurası, bmt təhlükəsizlik şurası
kosmos, rusiya, abş, abş, saziş, mars, mars, asteroid, vaşinqton, bmt təhlükəsizlik şurası, bmt təhlükəsizlik şurası, bmt təhlükəsizlik şurası
ABŞ Rusiya ilə kosmosda davranış haqqında saziş imzalamağa hazır olduğunu bildirib
"Artemida Sazişi" Ay, Mars, kometa və asteroidlərin dinc məqsədlərlə tədqiqi və istifadəsi üzrə "Artemida" proqramında iştirak edən ölkələrin hökumətləri arasında bağlanmış beynəlxalq müqavilədir.
BAKI, 2 may — Sputnik. Kosmosda davranışı tənzimləyən ikitərəfli "Artemida sazişləri"nin imzalanması ehtimalı Rusiya üçün hələ də açıqdır.
Bu sözləri NASA administratorunun müavini Pem Melroy "Meridian Space Diplomacy 2024" forumunda deyib.
"Hər kəs "Kosmos barədə Müqavilə"ni imzaladığı kimi "Artemida Sazişləri"ni də imzalaya bilər. Mənim fikrimcə, bu, gələcək üçün müəyyən prinsiplərə sadiqlikdir", – o bildirib.
Bundan əlavə, NASA rəhbərinin müavini kosmosun öyrənilməsi və istifadəsi zamanı davranış normaları və qaydaların hazırlanması və təkmilləşdirilməsinin zəruriliyini də bəyan edib.
Xatırladaq ki, "Artemida Sazişi" Ay, Mars, kometa və asteroidlərin dinc məqsədlərlə tədqiqi və istifadəsi üzrə "Artemida" proqramında iştirak edən ölkələrin hökumətləri arasında bağlanmış beynəlxalq müqavilədir. Bu günə qədər dördə yaxın ölkə belə sənədlər imzalayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Vaşinqton BMT Təhlükəsizlik Şurasının nüvə silahı ilə bağlı qətnaməsinin köməyi ilə kosmik silahlar sahəsində yeni öhdəliklər yaratmağa çalışır.