DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna və Qərb 2022-ci ildə Türkiyədə Rusiya ilə razılaşmalı idi - İlon Mask

© AFP 2024 / Patrick Pleul / POOL İlon Mask, arxiv
İlon Mask, arxiv - Sputnik Azərbaycan, 1920, 01.05.2024
Abunə olmaq
"X" sosial şəbəkəsinin sahibi İlon Mask amerikalı milyarder Devid Saksın yazısına cavab reaksiyasında bildirib ki, o vaxt Kiyev neytrallığa razılıq verərək öz ərazisini qoruyub saxlaya bilərdi.
BAKI, 1 may — Sputnik. Ukrayna və Qərb hələ 2022-ci ildə İstanbul danışıqlarında Rusiya ilə razılığa gəlməli idilər.
Bunu amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkəsində paylaşıb.
O, 2022-ci ilin aprelində İstanbulda baş tutan danışıqlarda münaqişənin sona çatacağına dair daha çox dəlillərin olduğunu yazan amerikalı milyarder Devid Saksın yazısına reaksiya verib.
O zaman Kiyev neytrallığa razılıq verərək öz ərazisini qoruyub saxlaya bilərdi. Eyni zamanda Saks ABŞ-da Ukraynaya yardım fonunda silah-sursatın kəskin çatışmazlığının yarandığını da vurğulayıb.
Bu yaxınlarda Mask Ukraynadakı münaqişədə həll olunmamış sonuncu məsələnin olduğunu da söyləyib. Beləliklə, sahibkar Ukrayna ordusunun baş komandanı Aleksandr Sırskinin Ukrayna Silahlı Qüvvələri (USQ) tərəfindən münaqişə zonasında vəziyyətin pisləşməsi ilə bağlı sözlərinə sitat gətirən yazıya cavab verib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xəbərdarlıq edib ki, xüsusi hərbi əməliyyat (XHƏ) gec-tez Rusiya üçün uğurla başa çatacaq, lakin Avropa ölkələri isə Moskva ilə "yeni model" üzərində danışıqlar aparmalı olacaqlar.
Xəbər lenti
0