SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tokayev: Bakı və İrəvanın Almatıda danışıqlar aparmağa razılığını alqışlayırıq

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev - Sputnik Azərbaycan, 1920, 01.05.2024
Abunə olmaq
Tokayev planlaşdırılan görüşün Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün tezliklə bərqərar olmasına töhfə verəcəyi qənaətində olduğunu bildirib.
BAKI, 1 may — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün Bakı və İrəvanın Almatıda danışıqlar aparmağa razılığını alqışlayır. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti tərəfindən dərc edilmiş bəyanatda deyilir.

"Mən Azərbaycan Respublikası və Ermənistan Respublikasının Qazaxıstan tərəfinin təklifi ilə iki dövlət arasında sülh müqaviləsinin hazırlanmasına dair xarici işlər nazirləri arasında danışıqların aparılmasına dair razılaşmanı alqışlayıram. 1991-ci ilin dekabrında MDB ölkələrinin müstəqil inkişafının əsaslarını təyin edən və dövlətlərarası sərhədlərin müəyyən edilməsi prinsiplərini təsdiq edən tarixi Alma-Ata Bəyannaməsinin imzalandığı Almatıda mühüm hadisə baş verəcək", Tokayev qeyd edib.

O, həmçinin, qarşıdakı görüşün Azərbaycan-Ermənistan razılaşmalarının praktiki həyata keçirilməsinə xidmət edəcəyi, Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün tezliklə bərqərar olmasına töhfə verəcəyi qənaətində olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan XİN rəsmisi Ayxan Hacızadə Sputnik Azərbaycan-a nəzərdə tutulan görüşlə bağlı məlumatı təsdiqləyib, ancaq görüşün zamanı ilə bağlı konkret vaxt açıqlamayıb.
Bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla İrəvanda keçirdiyi birgə brifinqdə bildirib ki, Astana İrəvan və Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır və danışıqlar üçün platforma təqdim etməyə hazırdır.
Xəbər lenti
0